Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir.[1]

Gəncə Dövlət Dram Teatrı
Ümumi məlumatlar
Teatrın tipi Dram
Əsası qoyulub XIX əsrin sonları
Teatr binası
Tutumu 366 yerlik böyük və 120 nəfərlik kiçik zal.
Heyət
Direktor Aqil Bəhramli
Baş rejissor Elşad Əhmədov
Yerləşməsi
40°40′17″ şm. e. 46°21′42″ ş. u.
Ölkə
Yerləşir Gəncə
Ünvan Azərbaycan Azərbaycan, Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, 54
Gəncə Dövlət Dram Teatrı xəritədə
Gəncə Dövlət Dram Teatrı
Gəncə Dövlət Dram Teatrı
gence-teatr.com

Tarixi

Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb.[2] Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər.[3]

Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və Qırmızı bayraqlı Türk işçi Teatrı adı ilə fəaliyyətini davam etdirmişdir. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.[4]

1990-cı ildən teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərməyə başladı. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirildi. 24 iyul 2014-cü ildə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə Gəncəçayın sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb.[5]

Teatrın binası

Teatrın binası 1886-cı ildə alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilmişdir. 1932-ci ildə Gəncə teatrı paytaxt Bakıdan köçərək bu binada yerləşdikdən sonra 1932-ci ildən 1936-cı ilə qədər tikili teatr binası üçün uyğunlaşdırılıb.[6]

Teatrın müxtəlif tarixlərdə adlandırılması

  • 1921–1925-ci illər Tənqid-təbliğ Teatrı.
  • 1925–1932-ci illər Bakı işçi kəndli Teatrı.
  • 1932–1934-ci illər Qırmızı bayraqlı Türk işçi Teatrı.
  • 1934–1935-ci illər Qırmızı bayraqlı Kirovabad Teatrı.
  • 1935–1939-cu illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı.
  • 1939–1952-ci illər L.Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı.
  • 1952–1964-cü illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı.
  • 1964–1990-cı illər Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı.
  • 1990-cı ildən Gəncə Dövlət Dram Teatrı.

Gəncə Dövlət Dram Teatrnın yaradıcı heyət

Səməd Vurğunun "Vaqif" dramının afişası.

Teatrın Baş Rejissorları və rejissorları

[7]

Rəssamlar

  • Vahab Cəfərov — baş rəssam
  • Samir Həsənov – işıq rəssamı

Xalq artistləri

Əməkdar artistlər

Aktyorlar

  • Murad Meyfaliyev
  • Yusif Cəfərov
  • Akif Səfərov
  • Zəminə Cəfərova
  • Samir Abbasov
  • Mətləb Təhmazi
  • Şəlalə Rüstəmova
  • Şükifə Salmanova
  • Nailə Əhmədova
  • Günay Verdiyeva
  • Vasif İsmayılov

Həmçinin bax

İstinadlar

  1. "Gəncə Dövlət Dram Teatrı". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
  2. "Gəncə Dövlət Dram Teatrı". azteatr.musigi-dunya.az. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
  3. "Teatrın tarixinə səyyahət". gence-teatr.com. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib.
  4. "Gəncə Dövlət Dram Teatrı". ganja.az. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
  5. "Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikiləcək". azertag.az. 27 iyul 2014. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
  6. "Gəncə Dövlət Dram Teatrı". ganja.az. 2 oktyabr 2019 tarixində arxivləşdirilib.
  7. Kəpəz TV. "Gəncə Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib" (az.). Youtube.com. 09.06.2022. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.