Bakı Gəmiqayırma Zavodu

Bakı Gəmiqayırma Zavodu (ing. Baku Ship Yard) — tikintisinə 2010-cu ilin mart ayından başlanılan zavod.

Bakı Gəmiqayırma Zavodu
Ümumi məlumatlar
Sənaye Gəmiqayırma
Məhsulu gəmi
Təsis tarixi 2013
Baş qərargahın yeri Azərbaycan Azərbaycan, Baki - Astara şossesi, 25-ci km. AZ1083
Struktur
İşçi sayı 2 000
bakushipyard.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu müəssisə Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Onun istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir.

Haqqında

Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ), ARDNŞSinqapurunKeppel” şirkətinin birgə həyata keçirdiyi Bakı Gəmiqayırma Zavodunun inşasının 2013-cü ilin III rübündə başa çatdırılması planlaşdırılmışdır. Zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər. Zavod istismara verildikdən sonra 1-ci mərhələdə ildə 4 ədəd 15 min ton yükdaşıma qabiliyyətinə malik tanker, 4 ədəd dəniz təchizat və ya yedək gəmisinin inşası nəzərdə tutulur. Yeni gəmilərdən başqa, zavodda gəmilərin təmiri də planlaşdırılıb. Xəzər dənizindəki yük daşımalarının həcminin artırılmasını nəzərə alaraq daha irihəcmli tankerlərə ehtiyac olduqda, 2-ci mərhələdə zavodda 60-70 min ton yükgötürmə qabiliyyətinə malik tankerlərin inşası da mümkündür.[1] Gəmiqayırma Zavodunun tikintisi Azərbaycana 470 milyon dollara başa gəlib.

İqtisadi əhəmiyyəti

Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunacaqdır. Müəssisə artıq ilk sifarişini də qəbul edib. Yeni layihə “Caspian Drilling Company LTD” tərəfindən verilən yarımqazma qurğusu – DSS 38M-dir. Gəmiqayırma zavodunda qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə hazırlanacaqdır. Zavodda həmçinin ildə 80-100 ədəd gəmi təmiri həyata keçirmək mümkün olacaq. Tam fəaliyyətə başlayanda zavodun işçilərinin sayı 1250 nəfər olacaq. Gələcəkdə işçilərin sayının 2000 nəfərə qədər artırılması planlaşdırılır.[2]

İstinadlar

  1. "Azərbaycan gəmi buraxacaq" (az.). bakupost.az. 2021-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
  2. "Azərbaycanda gəmiqayırma zavodu açılıb". 2013-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-17.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.