Bakı Caz Mərkəzi
Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinə dəstək və inkişafı üçün 2000-ci ildə yaradılmışdır. Mərkəzdə caz musiqiçiləri və müxtəlif caz üslublarında işləyən ifaçılar var. Bəzən caz konsertləri və filmlər mərkəzdə böyük bir ekranda göstərilir.[1]
Azərbaycanda cazın inkişafı 20-ci əsrin ilk illərinə təsadüf edir. O zaman Azərbaycanda daha çox təşəbbüskar iş adamları, memarlar, tacirlər, alimlər, milli və xarici sənətkarlar yaranmağa başladılar və yeni musiqi dalğaları Azərbaycana gəldi. [2][3] Azərbaycan bəstəkarları Niyazi və Tofiq Quliyev 1938-ci ildə Bakıda ilk caz orkestrini yaradıblar. Niyazi və Tofiq Quliyev Aleksandr Tsfasmanın ilk sovet caz orkestrində iştirak ediblər. Niyazinin orkestri və Tofiq Quliyev Azərbaycan cazının təməlini qoyublar. Dövlət cazı üç trombonun, beş saksafonun, üç trumpetin, fortepiano, gitaranın və zərb alətlərinin daxil olduğunu göstərdi.
İlk konsert zamanı caz klassikləri ilə yanaşı musiqiçilər Niyazi və Tofiq Quliyevin əsərlərini ifa etmişlər.[4] Eyni zamanda, "Chargah" mugamı ilk dəfə saksafon improvizasiyaları ilə ifa edilmişdir. 1941-1945-ci illərdə, müharibənin bitməsindən sonra Rauf Hacıyev "Dövlət cazının" direktoru oldu.[5]
Bakıda ilk caz festivalı 1969-cu ildə keçirilib. Uzun aradan sonra ənənə 2005-ci ildə geri gəldi və indi də davam edir. Hər il, festival bütün dünyadan Caz ulduzlarını Bakıya dəvət edir. Azərbaycanlı caz ifaçıları, öz növbəsində, beynəlxalq caz festivalı və müsabiqələrinin iştirakçıları və qalibləridir. Azərbaycanda Vaqif Mustafazadə və Rafiq Babayev kimi istedadlı caz musiqiçiləri var.[6]
Mərkəz 2015-ci ildə investisiyaların yoxluğuna görə faəliyyətini bağlandı.[7]
İstinadlar
- Theatres, cinemas, concert halls of Baku – National Tourism Promotion Bureau, 2017.
- Continuum encyclopedia of popular music of the world
- Continuum encyclopedia of popular music of the world Song of the Land of Fire
- "Maestro Niyazi". 2010-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-10.
- "Arxivlənmiş surət" (rus). Biografija.ru. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- "РАФИК БАБАЕВ – 70". jazz dünyası. 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- "Bakı Caz Mərkəzi bağlandı". 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28.