Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri.
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız."[1]. Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir:
(Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" [2]
Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir:
"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!" [3] Yuxarıdakı ayələrdə də bildirildiyi kimi Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz onları ilk dəfə yaratmış olan Allah, ikinci dəfə və hətta saysız dəfələrlə eyni şəkildə yaratmağa güc çatdırar. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirildilişində göstərməkdədir.
Ətrafımıza baxdığımızda hər payız bütün təbiətin bir cür 'ölüm' yaşadığına şahid olarıq. Bu 'ölüm' bütün qış mövsümü ərzində davam edər. Ancaq yaz gəldiyində ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını görərik; bütün təbiətin canlanaraq yaşıllandığını fərq edərik. Üstəlik bu 'ölümdən sonra diriliş' min illərdir heç dayanmadan davam edir. Beləcə insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:
"(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız." [4]
"(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!" [5]
Allahın "Bais" sifətinin bir başqa mənası da "peyğəmbər" göndərəndir. Allah insanlara xəbərdar edən-qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz bu, Allahın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulmaqdadır:
"İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər." [6]
"Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər." [7]
İstinadlar
- Bəqərə surəsi, 28
- Naziat surəsi, 10-11
- Yasin surəsi, 78-79.
- Rum surəsi, 19
- Rum surəsi, 50
- Bəqərə surəsi, 213
- Ali-İmran surəsi, 164