Bahri Məmlüklərinin siyahısı
Bahri Məmlükləri — 1250-ci ildən 1382-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır:
Ünvanı | Adı | Səltənət başlanğıcı | Səltənət sonu | Əsli | Qeyd |
---|---|---|---|---|---|
Əl-Malik
Əl-Muiz |
İzzəddin Aybək | 31 iyul 1250 | 10 aprel 1257 | Qıpçaq türkü | Əyyubi sultanı Əs-Saleh Əyyubun orta dərəcəli məmlükü idi. Sultan vəfat etdikdən sonra, 2 may 1250-ci ildə taxta çıxan dul xanımı Şəcərəddür Xatunla evlənərək taxtı təhvil aldı. |
Əl-Malik Əl-Mənsur | Mənsur Əli | 15 aprel 1257 | Noyabr 1259 | Qıpçaq türkü | Sultan Aybəkin oğlu |
Əl-Malik Əl-Müzəffər | Seyfəddin Qotaz | Noyabr 1259 | 24 oktyabr 1260 | Xarəzmli | Sultan Aybəkin xüsusi məmlük dəstələrinin rəhbəri və Sultan Mənsur Əli səltənətinin naibi idi. |
Əl-Malik Əz-Zahir | Rüknəddin Baybars | 24 oktyabr 1260 | 1 iyul 1277 | Qıpçaq türkü | Bahri Məmlükü və Bahrilər sülaləsinin banisidir. |
Əl-Malik Əs-Səid | Bərkə | 3 iyul 1277 | Avqust 1279 | Qıpçaq türkü | Sultan Baybarsın Xarəzmşah Hüsaməddin Bərəkənin qızından dünyaya gələn oğludur. |
Əl-Malik Əl-Adil | Bədrəddin Sulamış | Avqust 1279 | Noyabr 1279 | Qıpçaq türkü | Sultan Baybarsın oğlu |
Əl-Malik Əl-Mənsur | Seyfəddin Kalavun | Noyabr 1279 | 10 noyabr 1290 | Qıpçaq türkü | Bahri Məmlükü və Sultan Baybarsın ən yaxın adamı. |
Əl-Malik Əl-Əşrəf | Səlahəddin Xəlil | 12 noyabr 1290 | 12 dekabr 1293 | Qıpçaq türkü | Sultan Kalavunun oğlu |
Əl-Malik Ən-Nasir | Nəsrəddin Məhəmməd | 14 dekabr 1293 | Dekabr 1294 | Qıpçaq türkü | Sultan Kalavunun oğlu. İlk səltənəti. |
Əl-Malik Əl-Adil | Zeynəddin Kitbuğa | Dekabr 1294 | 7 dekabr 1296 | Monqol | Sultan Kalavunun məmlükü |
Əl-Malik Əl-Mənsur | Hüsaməddin Laçın | 7 dekabr 1296 | 16 yanvar 1299 | Yunan və ya fars | Sultan Kalavunun məmlükü. Rüknəddin Baybarsın tabeliyində idi. |
Əl-Malik Ən-Nasir | Nəsrəddin Məhəmməd | 16 yanvar 1299 | Mart 1309 | Qıpçaq türkü | İkinci səltənəti |
Əl-Malik Əl-Müzəffər | Rüknəddin Baybars əl-Çaşnigir | Aprel 1309 | 5 mart 1310 | Şimali Qafqaz | Sultan Kalavunun məmlükü. Hüsaməddin Laçının tabeliyində idi. |
Əl-Malik Ən-Nasir | Nəsrəddin Məhəmməd | 5 mart 1310 | 6 iyun 1341 | Qıpçaq türkü | Üçüncü səltənəti |
Əl-Malik Əl-Mənsur | Seyfəddin Əbu Bəkr | 8 iyun 1341 | Avqust 1341 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin Nərgiz adlı köləsindən olan oğludur. Onun səltənətində real hakimiyyət atasının ən yüksək rütbəli əmiri Qavsunun əlində idi. |
Əl-Malik Əl-Əşrəf | Ələddin Kiçik | Avqust 1341 | 21 yanvar 1342 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin Ardu adlı tatar köləsindən olan oğludur. Atasının ən yüksək rütbəli əmiri Qavsun tərəfindən taxta çıxardılanda hələ azyaşlı körpə idi. |
Əl-Malik Ən-Nasir | Şəhabəddin Əhməd | 21 yanvar 1342 | 27 iyun 1342 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin Bayad adlı köləsindən olan oğludur. |
Əl-Malik Əs-Saleh | İmadəddin İsmayıl | 27 iyun 1342 | 3 avqust 1345 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin kölələrindən birindən olan oğludur. |
Əl-Malik Əl-Kamil | Seyfəddin Şaban | 3 avqust 1345 | 18 sentyabr 1346 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin kölələrindən birindən olan oğludur (İmadəddin İsmayılla eyni anadandır). |
Əl-Malik Əl-Müzəffər | I Zeynəddin Hacı | 18 sentyabr 1346 | 10 dekabr 1347 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin kölələrindən birindən olan oğludur. |
Əl-Malik Ən-Nasir | Bədrəddin Həsən | Dekabr 1347 | 21 avqust 1351 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin Kuda adlı köləsindən olan oğludur. İlk səltənətidir. Həsən sultan olanda hələ çox gənc idi və real hakimiyyət 4 böyük əmirin əlində idi. Həsən bu əmirlərlə mübarizəyə başladıqda isə taxtdan devrildi. |
Əl-Malik Əs-Saleh | Səlahəddin Saleh | 21 avqust 1351 | 20 oktyabr 1354 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin xanımı Qutlumalikdən olan oğludur. |
Əl-Malik Ən-Nasir | Bədrəddin Həsən | 20 oktyabr 1354 | 16 mart 1361 | Qıpçaq türkü | İkinci səltənəti. Əmir Yelboğa tərəfindən qətlə yetirilmişdir. |
Əl-Malik Əl-Mənsur | Səlahəddin Məhəmməd | 17 mart 1361 | 29 may 1363 | Qıpçaq türkü | I Zeynəddin Hacının oğludur. Real hakimiyyət onu taxtdan devirəcək olan Əmir Yelboğanın əlində idi. |
Əl-Malik Əl-Əşrəf | Zeynəddin Şaban | 29 may 1363 | 15 mart 1377 | Qıpçaq türkü | Nəsrəddin Məhəmmədin oğlu Əhmədin oğludur. |
Əl-Malik Əl-Mənsur | Ələddin Əli | 15 mart 1377 | 19 may 1381 | Qıpçaq türkü | Zeynəddin Şabanın oğludur. Uşaq yaşlarında taxta çıxmışdır. Real hakimiyyət isə güclü əmirlərin əlində olmuşdur. |
Əl-Malik Əs-Saleh | II Zeynəddin Hacı | 19 may 1381 | 26 noyabr 1382 | Qıpçaq türkü | Zeynəddin Şabanın oğludur. İlk səltənətidir. Real hakimiyyət Bərkukun əlində idi. |
Əl-Malik Əs-Saleh | II Zeynəddin Hacı | 1 iyun 1389 | Yanvar 1390 | Qıpçaq türkü | İkinci səltənəti. |
Mənbə
- Abu al-Fida, The Concise History of Humanity.
- Al-Maqrizi, Al Selouk Leme'refatt Dewall al-Melouk, Dar al-kotob, 1997.
- Idem in English: Bohn, Henry G., The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press, 1969.
- Al-Maqrizi, al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Matabat aladab, Cairo 1996, ISBN 977-241-175-X
- Idem in French: Bouriant, Urbain, Description topographique et historique de l'Egypte, Paris 1895.
- Ayalon, D.: The Mamluk Military Society. London, 1979.
- Ibn Taghri, al-Nujum al-Zahirah Fi Milook Misr wa al-Qahirah, al-Hay'ah al-Misreyah 1968
- Idem in English: History of Egypt, by Yusef. William Popper, translator Abu L-Mahasin ibn Taghri Birdi, University of California Press 1954.
- Shayyal, Jamal, Prof. of Islamic history, Tarikh Misr al-Islamiyah (History of Islamic Egypt), dar al-Maref, Cairo 1266, ISBN 977-02-5975-6
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.