Baharla birgə (film, 1978)

Baharla birgə qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır.

Baharla birgə
Janr sənədli
qısametrajlı
Rejissor Zaur Məhərrəmov
Ssenari müəllifi İmran Qasımov
Operator Zaur Məhərrəmov
Bəstəkar Rafiq Babayev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1978
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1978
Texniki məlumatlar 2 hissə
550 metr
Rəng rəngli

Məzmun

Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. Kinolentdə Gəncə, Quba, Qarabağ, Pirəbədil, Qazax, Şirvan və başqa bölgələrin həmişəbahar sənət əsərləri-xalça nümunələri, xalça naxışlarının mürəkkəb rəmzi mənası, öz gözəlliyi ilə adamı heyran qoyan ornamentlərin sirləri barədə ətraflı söhbət açılır.[1]

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: İmran Qasımov
Rejissor: Zaur Məhərrəmov
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Rafiq Babayev

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 203

Mənbə

Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
1978-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.