Baharlı yaşayış yeri
Baharlı — abidə Ağdam rayonu Mirəşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500 m cənub-qərbdə yerləşir. Bu diametri 78 m, hündürlüyü 1,5 m olan təpə Qarabağ müharibəsi zamanında səngər qazılması nəticəsində dağıdılmışdır. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc – erkən dəmir dövrlərinə aiddir.[1]
İstinadlar
- Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.