Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[1]
Baharlı | |
---|---|
Ölkə | Ermənistan |
Tarixi
Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir.
Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi[2][3] əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş[4] və əsasən Zəngəzurda yaşamışlar[5]. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır[6].
1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.48
- Материалы для изучениях экономического быта государственных крестьян Закавказского края, т. IV, Тифлис, 1886. s.24
- Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв., Л., Издство Ленинградского Университета, 1949. s.92
- Материалы для изучениях экономического быта государственных крестьян Закавказского края, т. IV, Тифлис, 1886. s.24
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.