Bahadur Eyvazov
Bahadur Əsgər bəy oğlu Eyvazov (26 oktyabr 1907, Qarğabazar, Qaryagin qəzası – 26 yanvar 1987, Bakı) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956).[1]
Bahadur Eyvazov | |
---|---|
Doğum tarixi | 26 oktyabr 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 26 yanvar 1987 (79 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Elm sahəsi | dermatologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Mükafatları |
Həyatı
Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi.
1935–1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938–1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı.
1946–1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur.
Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Ailəsi
Bahadur Eyvazov Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən olan Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva ilə ailə qurmuşdu.[2]
İstinadlar
- "Əsgər bəy Eyvazov və övladları - Tarix". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.
- "Qızının üzünə həsrət qalan ilk xanım müsiqişünasımız". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-16.