Bahəddin Mirzəyev

Mirzəyev Bahyəddin Şahvələd oğlu (31 dekabr 1914, Sulut, İsmayıllı rayonu15 aprel 1987, Bakı) — Sovet İttifaqı Qəhrəmanı[1]

Mirzəyev Bahyəddin Şahvələd oğlu
Mirzəyev Bahəddin Şahvələd oğlu
Şəxsi məlumatlar
Digər adları Mirzəyev Bəhyəddin Şahvəddin oğlu
Doğum tarixi 31 dekabr 1914(1914-12-31)
Doğum yeri
Vəfat tarixi 15 aprel 1987(1987-04-15) (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Mirzəyev Şahvələd
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Rütbəsi kapitan
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı

1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. 1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Leytenant Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.

Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.

Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.

1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.

Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.

SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli əmrinə əsasən Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.

Şamaxı, İsmayıllı şəhərlərində adına küçə var.

Mənbə

İstinadlar

  1. "Мирзоев Бахятдин Шахвелетдин оглы". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.