Bacoğlu
Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd[1].[2].
Tarixi Azərbaycan əraziləri | |
Bacoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Şörəyel mahalı |
İndiki adı | Haykavan |
Adının dəyişdirilmə tarixi | 1945 |
Əhalisi | 1,286 (2008) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur.
Toponomikası
1918-ci ildə qazaxların Qarapapaq tayfasından ibarət əhalisi qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1930-cu ildə əhali başqa azərbaycanlı kəndlərinə köçmüşdür[3] [4]. Bundan sonra orada ermənilər yerləşmişlər. 1935-ci ildə kənd ermənicə Haykavan adlandırılmışdır. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində Becuuklui kəndi, Qars əyalətinin Oltin dairəsində Becukli kəndi və Quba qəzasında Bıjqulu dağ adları [5] ilə eynidir. Əhalinin hərəkəti ilə əlaqədar olaraq gətirilmə addır. Mə'nası mə'lum deyil. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Баҹоғлу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 150.
Əhalisi
Kənddə 1886-cı ildə 391, 1897-ci ildə 543 nəfər, 1904-cü ildə 600 nəfər, 1914-cü ildə 698 nəfər azərbaycanlı yaşamışdır[6]. Z.Qorqodyanın əsərində azərbaycanlılar qarapapaq adı ilə verilir. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada ermənilərdən başqa, 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 28 nəfər azərbaycanlı yaşamışdır[7]. 1928-29-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
İstinadlar
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
- Шавров И.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Спб., 1911.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40, 123 (erm.)
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40-41, 122-123 (erm.)