Babaxanlı (Cəlilabad)

BabaxanlıAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Babaxanlı
39°18′09″ şm. e. 48°22′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 794 (2009) nəfər
Babaxanlı xəritədə
Babaxanlı
Babaxanlı

Tarixi

Kəndin əsası XIX əsrin birinci yarısında, Babaxan adlı şəxs tərəfindən qoyulub. XX əsrin 30-cu illərində kolxoz yaradılıb və Babaxanlı kəndi Gülməmmədli inzibati ərazi sovetliyinə daxil olub. 1957-ci ildə kənd Əliqasımlı sovetliyinə verilib. 1992-ci ildə isə Babaxanlı kolxozu yaradılıb.

Toponimikası

Cəlilabad rayonunun eyni adlı i.ə.v-də kənd. Düzənlikdədir. Etnotoponimdir. 1917 və 1933-cü illərdə Salyan rayonunun Kür Qarabucaq i.ə.v.- də də eyniadlı kənd qeydə alınmışdır.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 794 nəfər əhali yaşayır. Əhalinin milli tərkibi azərbaycanlılardan ibarətdir. Əhalinin yaş strukturunda əmək qabiliyyətli olanlar 62% dir. Uşaqlar 32%, qocalar 6% təşkil edir.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti dəmyə taxılçılıq, heyvandarlıq, qismən bağçılıq və tərəvəzçilikdir. Taxılçılıqda əsas yeri buğda, arpa tutur. Noxud, yaşıl mərci, lərgə və s. paxlalı bitkilər də becərilir. Heyvandarlıq ətlik-südlük qaramaldan və qoyunçuluqdan ibarətdir. Meyvəçilikdə nar, heyva, üzüm, çəyirdəkli meyvələr yetişir. Tərəvəzçilik xiyar, pomidor, kartof, soğan və s. təmsil olunur.

Coğrafiyası və iqlimi

Babaxanlı kəndi Burovar dağlarının Muğan düzünə endiyi maili yamacda dördüncü dövrün allüvial süxurlarından ibarət gətirmə konusları ilə əhatə olunmuş çökəklikdə yerləşir. Səpinti halında filiz ehtiyatnın olması ehtimal edilir. Kəndin iqlimi qışı rütubətli, yayı isə isti və quraq keçən mülayim isti iqlim tipinə aiddir. Ərazidə qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Bu torpaq tipi əsasən meşələrin altında formalaşır. Məhz bu səbəbdən də kəndin ərazisinin yaxın keçmişə qədər meşələrin altında olması ehtimal olunur.

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.