Babaxan Muradov

Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSRbilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri.[1]

Babaxan Muradov
4 fevral 1996 2000
Seçki dairəsi1996 — 10 saylı Xətai ikinci
ƏvvəlkiVəzifə təsis edildi.
Sonrakıİqbal Ağazadə
1952 1954
ƏvvəlkiRəhim Rəhimov
1950 1952
NazirRəhim Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1927(1927-03-21)
Doğum yeri
Vəfat tarixi bilinmir
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri Azərbaycan SSR Qabaqcıl maarif xadimi Azərbaycan SSR əməkdar müəllimi

Həyatı

Babaxan Muradov 21 mart 1927-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır.[2]

Rus dilini bilirdi. Evli idi, 2 övladı var.

Siyasi fəaliyyəti

Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır.[2]

Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.[2]

4 fevral 1996-cı il tarixində keçirilən seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi olaraq 10 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı seçilmişdir. O, Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavini olmuşdur. 30 sentyabr 1996-cı il tarixində Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdir.[3] Babaxan Muradov 7 mart 1997-ci il tarixində Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü seçilmişdir.[4]

Babaxan Muradov Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sədri olmuşdur.[5]

Partiya fəaliyyəti

Babaxan Muradov Azərbaycan Demokratik Maarifçilik Partiyasının katibi olmuşdur.

Mükafatları

Babaxan Muradov 1960-cı il tarixində Azərbaycan SSR əməkdar müəllimi adına layiq görülmüşdür. O həmçinin SSRİ Qabaqcıl Maarif Xadimi adına da layiq görülmüş, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.[2]

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  2. Мурадов Бабахан Султан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 345. ISBN 5-89600-253-x.
  3. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  4. "Arxivlənmiş surət". 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  5. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.