Baban əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur.
Sülalə | |
Baban əmirliyi | |
---|---|
بابانيون | |
|
|
Rəsmi dilləri | Osmanlıca |
Dövlət dini | İslam (sunni) |
İdarəetmə forması | monarxiya |
• (1649-1670) | I.Babanzadə Əhmət paşa |
Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur.
Mənşə
Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür.[1] Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.[2]
Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır. 1591 ilindəki bir başqa sənədə görə isə yenə Büğdüz boyundan olan Baban cəmaəti Konya sancağı və Sivrihisarda məskunlaşıblar.[3]
Tarixi
Baban Əmirləri İran sərhədi boyunca Osmanlı İmperiyasının təhlükəsizliyini təmin etmək müqabilində bəzi muxtariyyətlər ələ gətirdilər. Süleyman Bəy Şəhrizor əyalətini idarə edən ilk Baban əmiriydi. 1694-cü ildə Ərdalan xanlığınınn qüvvələri məğlub edərək Səfəvilərə hücum etdi.[4]
İraqdaki Süleymaniyyə şəhəri, 1781-ci ildə Baban əmiri Mahmud Paşa tərəfindən quruldu, Süleyman Paşanın şərəfinə adlandırılmışdır. eyni zamanda Baban Əmirliyinin paytaxtı olaraq da tanınıb.[5]
Baban Əmirləri 1723–1746-cı illərdə Səfəvinin yıxılış tarixindəki müharibələrində Osmanlı ordusuna kömək etdi. 1750-ci ildən 1847-ci ilə qədər Babanlar digər kürd Əmirlikləriylə rəqabət edirdi (Soran və Botan kimi) və Osmanlılar və Qacarlar tərəfindən mərkəzləşdirilməsinin qarşısı alınırdı.[6] 19-cu əsrin ortalarında Osmanlı modernləşmə dövründə Əmirliyə son qoydu. Baban qiyamı üç il davam etdi, ancaq Osmanlı qüvvələri və kürd tayfaları tərəfindən qurulan koalisiyaya məğlub oldu. Son Baban hökmdarı Əhməd Paşa Baban 1847-ci ildə Köysancaq yaxınlığında məğlub oldu və Şəhr-i Zor bölgəsi Osmanlı İmperiyasına ilhaq edildi.[7]
Baban Əmirləri
- I. Babanzadə Əhmət paşa, 1649–1670
- I. Babanzadə Süleyman, 1670–1703
- I. Məhəmməd paşa, 1721–1731
- Xalid paşa, 1732–1742
- Səlim paşa, 1742–1754
- II. Süleyman paşa, 1754–1765
- II. Məhəmməd paşa, 1765–1775
- I. Abdullah paşa, 1775–1777 (Məmlük sülaləsi)?
- II. Əhməd paşa, 1777–1780
- I. Mahmud paşa, 1780–1782
- Babanzadə İbrahim paşa, 1782–1803
- Abdurahman paşa, 1803–1813
- II. Mahmud paşa, 1813–1834
- III. Süleyman paşa, 1834–1838
- II. Babanzadə Əhmət paşa, 1838–1847
- II. Abdullah paşa, 1847–1850
İstinadlar
- W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
- M. Th. Houtsma, A. J. Wensinck, H. A. R. Gibb, W. Heffening and E. Levi-Provencal, First encyclopaedia of Islam (1993), Vol. VII, p.538, BRILL Publishers
- Özdemir, Alı rıza(?). Kayıp türkler, Etnik Coğrafia Bakımından Kürdleşen Türkmen Aşiretleri,5. baskı, Kripto:186
- Gábor Ágoston, Bruce Alan Masters (2009), Encyclopedia of the Ottoman Empire, p.70, Infobase Publishing, ISBN 9781438110257
- W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
- W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
- Ely Banister Soane (2007), To Mesopotamia and Kurdistan in Disguise, p.371, Cosimo, Inc.