Babadin
Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Babadin | |
---|---|
39°44′ şm. e. 46°29′ ş. u. | |
Ölkə | |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir[1].
Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Qasımuşağı tayfasının Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədi ilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar[2].
Əhalisi
Əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur.
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 96.
- Laçın yurdu — № 3(10), 2013-cü il, səh.35