Baba dağı (Şimali Makedoniya)

Baba dağı (mak. Баба Планина/Baba Planina) — Pelister və ya Peristeri ən yüksək zirvəsinin adı ilə daha çox tanınan Makedoniya Respublikasının Pelaqoniya Statistik Regionunda yerləşən dağ. Pelister zirvəsi Bitola şəhərindən müşahidə olunur. Pelisterdən başqa digər zirvələr Dva Qroba (2514 metr), Veternika (2420 metr), Muza (2350 metr), Rzana (2334 metr), Şiroka (2218 metr), Kozji Kamen (2199 metr), Qrima (2198 metr), Qolema Çuka (2188 metr), Belavoda (2.179 metr), Kirkodur (2.155 metr). Baba massivi regionda yerləşən çayları parçalayır, buna görə də çaylar ya Adriatik, ya da Egey dənizinə doğru axır.

Baba dağı
mak. Баба Планина/Baba Planina
Baba dağının bir hissəsi
Baba dağının bir hissəsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2601[1]
Nisbi hündürlüyü 1.516 m
Hündür zirvəsi Pelister Milli Parkı[d]
Yerləşməsi
40°55′00″ şm. e. 21°10′00″ ş. u.
Ölkə  Şimali Makedoniya
Vilayət
  • Bitola Bələdiyyəsi
    Pelaqoniya Statistik Regionu
Baba dağı xəritədə
Baba dağı
Baba dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pelister Milli Parkının florasına beş iynəyarpaqlı şam ağacı daxildir. Üçüncü dövrün unikal növlərinə hal-hazırda Balkan yarımadasının yalnız bir neçə dağında rast gəlinir. Bu ərazinin faunasına aşağıdakılar daxildir: ayı, Avropa cüyürü, boz canavar, qarapaça, maral, çöldonuzu, dovşan, qartalın bir neçə növü, kəklik, dolaşa və Makedoniya Palaqoniyasının endemik canlısı olan qızılxallı balıq.

Pelister Mavrovodan sonra Makedoniya Respublikasında ikinci ən böyük və ən qədim milli parkdır. Bura ölkədə məşhur xizək kurortuna görə Ohrid, Prespa, Dojran, Popova ŞapkaKruşevo ilə yanaşı aparıcı turizm zonalarının biridir.

Pelister zirvəsindən Palaqoniya vadisinə —Prespa gölünə, Nidje dağına, Qaliçitsa dağına və Yakupisa dağ silsiləsinə açılan mənzərə var. Pelister həmçinin Balkanlarda yerləşən ən cənub dağlardan biridir. Pelister "Pelisterin Gözü" adlandırılan iki dağ gölü ilə də tanınır. Böyük göl 2,218 metr, Kiçik göl isə 2,180 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Buradan bir çox çaylar öz mənbələrini götürür. Pelister Milli Parkında iqlim müxtəlifdir.

Pelister dağında televiziya ötürücüsü də yerləşir.

Həmçinin bax

İstinadlar

  1. "Europe Ultra-Prominences" Arxivləşdirilib 2017-06-09 at the Wayback Machine "Pelister" siyahısı. Peaklist.org.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.