Baba Samid məqbərəsi

Baba Samid məqbərəsiSəfəvilər dövrünə aid olan tarixi abidə.

Baba Samid türbəsi
Ölkə  Azərbaycan
Şəhər Sabirabad rayonu
Yerləşir Şıxlar
Aidiyyatı Səfəvilər dövləti
Tikilmə tarixi 1585[1]
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti orta
İstinad nöm.4212
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Baba Samid türbəsi (Azərbaycan)
Baba Samid türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Türbə Sabirabad rayonun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir,ancaq Sovet dövründə olan laqeydlik nəticəsində həm sufiliyin tədqiqi,həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur.

Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur. Baba Samid orta əsr Azərbaycan və Türkiyədə geniş yayılmış Şiə Sufi təriqətidir. Bəktaşi (bəktaşiyyə) təriqətinin bir qolu olduğu düşünülür.Səfəvilərin Azərbaycanı ələ keçirəndən sonra bu şiə təriqəti hakimiyyət tərəfindən irəli sürülüb. XVI-XIX əsrlər boyu Sufi təkkələrinin sayı çox olub.

Azərbaycanda Baba Samid hərəkatının tarixi olduqca zəif tədqiq olunmuşdur.[2][3]

Qəbirlər

Şirvanın ilk xanı olan Ağası xanın övladlarının bəziləri və bir xanımı burada dəfn olunub.[4]

  1. İsmail bəy Sərkər (1760-1848) - Mərzili obasının sahibi.
  2. Xədicəxanım xanım Məlik Məmməd xanın qızı ilə 1771-ci ildə evlənmişdi, 1783-cü ildə vəfat etdi.
  3. Haşim xan Sərkər (1773-1845).
  4. Cəfər bəy Sərkər (1776-1827) - 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmişdir.
  5. Abdulla bəy Sərkər (1778-1842).
  6. Mehdi bəy Sərkər (1780-1827).

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.