Babaşlar

BabaşlarAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Babaşlar kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Babaşlar
40°15′03″ şm. e. 46°07′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.887 m
Saat qurşağı
Babaşlar xəritədə
Babaşlar
Babaşlar

Toponimikası

Əsl adının Babakişilər olduğu güman edilir. Babaşlar ayrımlara məxsus bir nəslin adıdır. Etnotoponimdir. 1917-ci ildə Lənkəran qəzasının Lerik bölgəsində Babaşlı (1921-ci ildə dağıdılmışdır), 1933-cu ildə Xacmaz rayonunun Əhmədoba inzibati ərazi vahidində Babaşlı kəndləri qeydə alınmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Ağçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.