Babək Qurbanov (filosof)

Babək Osman oğlu Qurbanov (d.26 iyun 1939, Qazax r. — ö.28 mart 2019, Türkiyə) — Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor.[2], Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda "Estetika və Etika" şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasının rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müdafiə üzrə elmi şurasının sədr müavinidir.

Babək Qurbanov
Babək Osman oğlu Qurbanov
Doğum tarixi
Doğum yeri Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi [1] (79 yaşında)
Vəfat yeri Türkiyə
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Osman Sarıvəlli

Həyatı

Babək Osman oğlu Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsini bitirib və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib.

1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[2]

Əmək fəaliyyəti

1985-ci ildən professordur. Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvüdür. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981–1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992–2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olmuş, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 1992-ci ildən Türkiyənin Atatürk Universitetində üç fakültədə Etika, Estetika, Fəlsəfə, Ümumi və xüsusi təhsil metodları, Türk düşüncə tarixi, Musiqi nəzəriyyəsinə giriş, Musiqi nəzəriyyəsi, Musiqi əsərlərinin təhlili, Musiqi estetikası, Sənət fəlsəfəsi, Musiqi formaları, Harmoniya fənlərindən dərs demiş, bu fənlər üzrə magistr və aspirantlarla da məşğul olmuşdur.

Professor Babək Qurbanov AzərbaycanTürkiyədə Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfəestetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr etmişdir. Bu məqalələrdən 45-i "Ədəbiyyat və incəsənət"də ("Ədəbiyyat qəzeti") yayımlanmışdır.

Babək Qurbanovun 700-ə yaxın əsəri və 30-a yaxın kitabı çıxmışdır.

Babək Qurbanov türk alimləri prof. Mehmet Takkaçla "Televiziya sənəti", "Ev tiyatrosu" kitablarını, prof. Bilgə Seyidoğlu, dosentlər M. Karabulut, Yavuz Şen və b. ilə müştərək məqalələr yazaraq çap etdirmişdir.

Tədqiqatçının başqa mətbu orqanlarda — qəzet və dərgilərdə çıxan çoxsaylı məqalələri də yuxarıda deyilənlərə dayaq olur.[2]

Əsərləri

  • Üzeyir Hacıbəyovun estetik baxışları
  • Vaqif və xarici mətbuat
  • Avestadan günümüzə kimi
  • Bədii həqiqət axtarışında
  • Nəriman Nərimanov və teatr
  • A. Bakıxanov haqqında
  • Vəfasız
  • Buludlar
  • İntizar
  • Sevinc dolu
  • Xəyal
  • Sənsiz
  • Xatirə
  • Şərq romansıvə s.[2]

Kitabları

  • "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri" "Elm", 1972.
  • "Azərbaycan ədəbiyyatı və incəsənətinin ideya-estetik problemləri" "Gənclik", 1977.
  • Azərbaycan incəsənəti xaricdə" ("İşıq" — 1984), "Mənəvi saflıq dünyası" "Azərnəşr", 1989.
  • "Nizami və musiqi" "Elm", 1991, rusca, prof. A. İsazadə ilə şərikli. 2008.
  • A. Zisin "Çeşidli estetik düşüncələr", Azərnəşr, 1989.
  • "Musiqi estetikasının bəzi problemləri", "Aktiv yayın evi", Ankara, 2005.
  • "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd cəhət)", "MBM"nəşr, İstanbul, 2016.[3]
  • "Estetika terminləri lüğəti" İstanbul, 2017.[4]
  • Alim çoxsaylı kitablara ön söz yazmış, onların redaktoru olmuşdur.[2]

Tərcümələri

  • Q. Puqaçenkovanın Orta Asiyanın şah əsərləri: Rəsm və miniatür rus-az
  • N. A. Berdyayevin Rus kommunizminin qaynaqları və Manas rus-az
  • A. Zisin Çeşidli estetik düşüncələr rus-az
  • R. Əfəndiyev və T. Əfəndiyevanın XIX və XX əsrin başlarında Azərbaycan sənəti az-türk
  • M. Səmədin Dünya dahilərsiz yaşayammaz (Lütfizadə haqqında) az-türk
  • Sənət fəlsəfəsinin problemləri rus-türk
  • Çoxsəsli musiqinin korifeyləri rus-türk
  • Azərbaycan musiqisi rus-türk
  • xalq qəhrəmanlıq dastanı Canqar rus-türk
  • Stepanova və Kozlovun Musiqi formalarının təhlili rus-az[2]

Həmçinin bax

İstinadlar

  1. "Babək Qurbanovun vəfatı". 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  2. [http://www.anl.az/down/meqale/edebiyyat/edebiyyat_iyun2009/84097.htm Arxivləşdirilib 2020-02-15 at the Wayback Machine
  3. "Firuz Mustafanın yaradıcılığı haqqında yeni kitab". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  4. "Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu". 2019-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.

Xarici keçidlər

Azərbaycanlı professor Türkiyədə mükafatlandırıldı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.