Babək Quliyev
Babək Quliyev (1974, Keşlə) — Azərbaycanlı futbol hakimi.
Babək Quliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1974 |
Doğum yeri |
Həyatı
1974-cü ildə Bakının Keşlə qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur[1].
1983-cü ildə ilk dəfə futbol oynamağa başlamış; ancaq futbolçu olmamış, hakimliyə maraq göstərmişdir[1]. Hakim kimi ilk dəfə Keşlədə 201 nömrəli orta məktəbin stadionunda keçirilən kəndarası çempionatda meydana çıxmışdır[1]. Bundan sonra mən 2000-ci ildə AFFA-ya müraciət edərək hakim olmaq istəyini bildirir[1]. Artıq 2 ildən sonra futzal üzrə FİFA referisi adına layiq görülür[1].
Peşəkar karyerasında ilk dəfə Futzal üzrə Azərbaycan çempionatında "Tribut" – "Turan" oyununu idarə etmişdir[1]. Futbolda isə ilk idarə etdiyi oyun "Şəfa" – "Bakı" matçıdır[1].
Fəaliyyəti
Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 103 dəfə baş hakim olmuşdur[2].
Hakimlikdən sonra "Xəzər-Lənkəran" klubunun idman direktoru vəzifəsində çalışmışdır[1].
İstinadlar
- Zəfər Leriklinin Babək Quliyevlə müsahibəsi Arxivləşdirilib 2021-10-17 at the Wayback Machine. bosman.az, 03.11.2015 (az.)
- Yüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine. apasport.az, 18.06.2016 (az.)