Babək Hüseynov

Babək Hüseynov- (d. 22 aprel 1983, Füzuli, Azərbaycan SSR) Kunq-fu sanda üzrə 10 qat Azərbaycan, 8 qat dünya çempionu. Kung-fu üzre peşəkar sanda və uşu sanda üzrə “Omar Uşu” klublarının prezidenti.[1], «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası»,"Azərbaycan Respublikasının Əməkdar Məşqçisi"

Babək Hüseynov
Şəxsi məlumatlar
Ləqəbi Qara bəbir
Doğum tarixi
Doğum yeri Füzuli rayonu, Azərbaycan SSR
İdman növü sanda

Həyatı

Babək İslam oğlu Hüseynov 22 aprel 1983-cü ildə Azərbaycan SSR-in Füzuli rayonunda anadan olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Füzulini tərk edərək Bakıya köçmüş və burada yaşamışdır. İlk təhsilini Bakıda alan Babək Hüseynov 1993-cü ildən idmanla məşğul olmağa başlamışdır. 1993-cü ildə idmanın karate növü, 1995-ci ildə isə kunq-fu sanda idman növü ilə məşğul olmuşdur.[2]

Ailəsi

Subaydır.

Fəaliyyəti

kunq-fu sanda üzrə peşəkarlar arasında döyüşlərdə 2006-cı ildən iştirak etməyə başlayıb. Elə həmin il İtaliyada kunq-fu sanda üzrə peşəkarlar arasında keçirilən dünya çempionatında qızıl medal əldə edib. 2007-ci ildə İranda Böyük A Kateqoriyalı Beynəlxalq yarışda 2-ci yerə, İtaliyada dünya çempionatında 3-cü yerə layiq görülüb. 2008-ci ildə Taylandda keçirilən dünya çempionatında 2-ci yer tutub. 2009 və 2011-ci illərdə isə Brazilyada keçirilən dünya çempionatında 1-ci yer tutub. 2010-cu ildə qızıl kəmər uğrunda döyüşərək titulunu qoruyub. 2012-ci ildə dünya çempionatında 3-cü yer tutan Babək Hüseynov 2014-cü ildə İtaliyada həm dünya çempionu həm də yarışın ən texnikalı oyunçusu seçilib. 2016-cı ildə Portuqaliyada təşkil olunan dünya çempionatında Babək Hüseynov bir daha fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Həmin il İran İslam Respublikasında təşkil olunan beynəlxalq turnirdə onun üçün uğurlu olub. O, bu yarışdan Azərbaycana qızıl medalla qayıdıb. 2017-ci ilin aprel ayında Portuqaliyada keçirilən dünya çempionatında iştirak edən Babək Hüseynov bu yarışda dünyanın 70 ölkəsini təmsil edən sanda ustaları aradında dünya çempionu tituluna layiq görülüb. O həmçinin ötən il Bakıda keçirilən uşu-sanda üzrdə beynəlxalq festivalın da qalibidir. Babək Hüseynov hal-hazırda məşqçi kimi fəaliyət göstərir.[3] Babək Hüseynov 2018-ci ilin mart ayının 5 -də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "«Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» , dekabr ayının 20-də isə "Azərbaycan Respublikasının Əməkdar Məşqçi" fəxri adlarına layiq görülmüşdür. [4]

İstinadlar

  1. ""Qara Bəbir" Babək Hüseynov". 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  2. "Babək Hüseynov: İ". 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  3. "Babək Hüseynov: «İdmançı gücü biləkdən yox, ürəkdən alır»". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  4. "5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.