Babək (Naxçıvan)

Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[1]

Şəhər
Babək
39°09′07″ şm. e. 45°26′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əvvəlki adı Təzəkənd
Mərkəzin hündürlüyü 827 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.600 nəf. (2017)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 67
Babək xəritədə
Babək
Babək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[2] 2844 1368 1476
2009[3] ↗3324 ↗1618 ↗1706

İqtisadiyyatı

2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən ŞəkərabadBabəkNehrəmArazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır[4].

Mədəniyyəti

Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir.[5] Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir.

Təhsil

Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[6]

İstinadlar

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.