Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi.
Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır[1].
Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var[1].
1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var[1].
Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır[2].
İstinadlar
- BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- "education.bashkortostan.ru". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.