Başqırdıstanda kənd təsərrüfatı

Başqırdıstanda kənd təsərrüfatıRusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatının bir hissəsini təşkil edən əsas təsərrüfat sahələrindən biri.

2011-ci ilin məlumatlarına görə Başqırdıstanda kənd təsərrüfatı ümumi məhsulunun dəyəri 130,9 mlrd. rubl olmuşdur[1]. Həmin göstəricidə heyvandarlıq məhsulu üstünlük 55,3%-lə təşkil edirdi[1]. Kənd təsərrüfatı yerlərinin ümumi sahəsu 71,6 min km2 idi ki, bu da bütün ölkə sahəsinin 50%-ə qədəri deməkdir[1]. Bunun da 52,7%-i şum yeridir[1].

Kənd təsərrüfatının inkişafına əlverişli aqroiqlim şəraiti, ilk növbədə münbit torpaqlar imkan verir. Münbit torpaqlar olan qara torpaqlar və boz meşə torpaqları Başqırdıstan ərazisinin 60%-ini tutur[1].

Ölkədə yem bitkiləri, taxıl (buğda, çovdar, arpa, yulaf), texniki bitkilər (şəkər çuğunduru, günəbaxan), kartof və tərəvəz əkilir[1].

Heyvandarlıq ətlik-südlük heyvandarlıq, donuzçuluq, quşçuluq, ətlik-yunluq qoyunçuluq ilə təmsil olunmuşdur[1].

Atçılıq və arıçılıq inkişaf etmişdir. Məsələn, 2002-ci ildə 3379 ton bal istehsal edilmişdir[1].

2003-cü ildə kənd təsərrüfatı yerlərinin çox hissəsi – təqr. 73%-i kənd təsərrüfatı təşkilatlarının torpaqlarına aid idi. Başqırdıstanın bütün kənd təsərrüfatı məhsulunun təqribən 58,2%-i əhaliyə məxsus təsərrüfatlarda, 31,7%-i kənd təsərrüfatı müəssisələrində, 2,9%-i fermer təsərrüfatlarında istehsal olunur[1].

Kənd təsərrüfatı müəssisələri taxılın və texniki bitkilərin əsas istehsalçılarıdır. Kartofun təqribən 97%-i, tərəvəzin isə təqribən 85%-i əhaliyə məxsus təsərrüfatlarda istehsal olunur[1].

İstinadlar

  1. BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.