Başqırdıstanda enerji

Başqırdıstanda enerji — Başqırdıstan Respubilkasının iqtisadiyyatının əsas sahələrindən biri. Respublika üzrə fəaliyyətdə olan bütün enerji stansiyaların gücü 4 295 MVt təşkil edir.

Pavlov HES — Ölkənin ən güclü elektrik stansiyalarından biri (201,6 МVt)

Başqırdıstanın enerji sahəsi daha çox hərtərəfliyi ilə diqqəti cəlb edir. Demək olar ki, bütün enerji istehsal növləri mövcuddur: İES, SES, KES,GESDRES[1]

Tarixi

Başqırdıstanda ilk elektrik stansiyası XIX əsrdə qurulub. 1 fevral 1898 -ci ildə 560 kilovatt gücündə olan Başqırd elektrik stansiyası işə düşümüş. 29 avqust 1931-ci ildə Ufada mərkəzi elektrik stansiyası istifadəyə verilmiş (MES). SSRİ-də, eləcə də Başqırdıstanda QOELRO (ölkənin elektrikləşdirmə planı) həyata keçirilmiş. 1958-ci ildən Başqırdıstan SSRİ-nin vahid elektroenergetika sisteminə qoşulmuş.

Respublikada Ufim İEM-3, Kumertaus İEM tikilmiş. 90-cı illərdən ölkədə külək elektrik stansiyaları tikilməyə başlanıldı — «Vetroen» (Ufa), kiçik SES. XXI əsrin əvvələrində Başqırdıstan Respublikasında səkkiz kiçik və mikro SES-lər (50-700 KVt) tikilib istifadəyə verildi.

Müasir dövrdə Rusiya Federasayasının istehsal etdiyi toplam elektrik enerjisinin 2,3 % - i Başqrıdıstanın payına düşür. Ölkədə istehsal edilən elektrik enerjisinin 97 %-i İES-in payına düşür. 3 % -ni isə SES təşkil edir.

İES-də yanacaq kimi əsasən qaz, kömürmazutdan istifadə olunur.

Başqırdıstan elektroenergetikasının layihələşdirilməsinə ООО «Башэнергопроект» nəzarət edir (Ufa). ОАО «Башкирэнерго» respublikada əsas enerji və yanacaq istehsalına nəzarət edir. Ölkədə «Энергетик Башкортостана» qazeti çap olunur[2].

Enerji təlabatı

Son illər bölgədə elektrik enerjisinin çatışmamazlığı artmaq üzrədir. 2011-ci ildə Başqırdıstanda təlabata nisbətən 587 milyon kVt•saat elektrik enerjisi artıq istehsal olunmuş. 2015-ci ildə isə təlabat istehsaldan 4 372 milyon kVt•saat artıq olmuşdur. Bu dövrlərdə respublika enerji çatişmamazlığı reytinqində 20-ci yerdən 57-ci yerə düşmüş. Çatışmamazlığın əsas səbəbi böyük müəssisələrin enerji təlabatlarının artmasıdır[3].

Mənbə

  • Садретдинов М. Г., Шуганов Ю. М. …Плюс электрификация. Уфа, 1984;
  • Абдурашитов Ш. Р. Общая энергетика. 2‑е изд., перераб. и доп. Уфа, 2006.
  • Топливно-энергетический комплекс России. Справочник. М. Типография ООО «Гельветика-М». 2007.

İstinadlar

  1. "Электроэнергия в Башкирии немного «позеленела» Подробнее на РБК:". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
  2. "Энергетик Башкортостана". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-26.
  3. Выработка электроэнергии в Башкирии за январь-июль 2016 года превысила 13 млрд кВт·ч Arxivləşdirilib 2019-04-26 at the Wayback Machine // energyland.info, 11 августа 2016 года
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.