Başqırdıstan iqtisadiyyatı
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан иҡтисады) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatı.
Quruluşu
Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş subyektlərindən biridir.
Başqırdıstan Respublikasının iqtisadi quruluşu ilk növbədə əkinçilik, heyvandarlıq və sənayeyə söykənib.
Rusiya Federasiyasında yeri
Başqırdıstan Ural iqtisadi rayonuna daxildir[1]. Respublikanın Rusiya ÜDM-indəki payı 2,3%-dir. Rusiya Federasiyası iqtisadiyyatında neft hasilatı 2003-cü ildə 2,7% və neftin ilkin emalı 13,3%, mis filizlərinin konsentratlarda 10–12%, daşduzun hasilatı 37% olmuşdur. Başqırdıstan iri sənaye (kaustik soda 20,9%, sintetik qatranlar və plastik kütlələr 14,4%, metalkəsən dəzgahlar 13%, sulfat turşusu 2,7%) və kənd təsərrüfatı məhsullarının (Rusiya Federasiyası üzrə 4,4%; süd 6,1%, ümumi taxıl yığımının 5,7%-i) istehsalçısıdır. ÜRM-in (ümumregional məhsulun) strukturunda sənayenin payı %-lə 32,1, kənd təsərrüfatının payı 11,4, ticarətin, əmtəə və xidmət satışı üzrə kommersiya fəaliyyətinin payı 10,3, qeyri-bazar xidmətlərinin payı 8,1, tikintinin payı 7,8, nəqliyyatının payı 6,1, digər sahələrin payı 10,5-dir. Mülkiyyətin formalarına görə müəssisələrin nisbəti təşkilatların sayına görə 2004-cü ildə %-lə özəl 65,1, bələdiyyə 13,5, dövlət 5,3, ictimai və dini təşkilatların (birliklərin) 9,9, digər mülkiyyət formaları 6,1 olmuşdur[1].
İqtisadi cəhətdən fəal əhalinin sayı 1968 min nəfər; 90,6% iqtisadiyyatda məşğuldur. Məşğulluğun sahəvi strukturu %-lə sənaye 22,3, kənd təsərrüfatı 16,5, ticarət və ictimai iaşə 14,2, təhsil 11,1, tikinti 8,7, səhiyyə 6,7, nəqliyyat 4,5, mənzil-kommunal təsərrüfatı 4,3 idi. İşsizliyin səviyyəsi 8,2% olmuşdur. Əhalinin adambaşına pul gəlirləri 2005-ci ildə ayda 5,7 min rubl idi ki, bu da Rusiya Federasiyası üzrə orta səviyyənin 85%-idir; əhalinin 20,3%-inin gəlirləri yaşayış minimumundan aşağıdır[1].
Kənd təsərrüfatı
Başqırdıstan Respublikası böyük kənd təsərrüfatı zonasıdır. Ölkədə 647 kolxoz və 95 sovxoz var.
Başlıca kənd təsərrüfatı məhsulları çovdar, yulaf, darı, kətan, şəkər çuğunduru, kartof və günəbaxandır.
Sənaye
Başqırdıstan müxtəliflik baxımından Rusiya Federasiyasının mühüm sənaye mərkəzidir. Bu respublika əhəmiyyətli neft, təbii qaz və boru xəttlərinə malikdir. İlk neft hasilatı 1932-ci ildə başlamış; 1943-cü ildə isə burada böyük neft yataqları aşkar edilmişdir. İkinci dünya müharibəsi dövründə Başqırdıstan Rusiyanın qərbindən gətirilmiş, SSRİ-ni silah, yanacaq, yemək və sairlə təmin edən zavodlarla təmin edildi. Müharibədən sonrakı illərdə də Başqırdıstan sənayesi, xüsusilə mədənçilik, maşınqayırma və neft emalı sənayesi inkişaf etməyə davam etdi. Başqırdıstan sənayesi sonralar Rusiyanın Avropaya uzanmış hissəsinin iqtisadiyyatının möhkəm təməli olmuşdur.
Neft emalı zavodları və neft-kimya müəssisələri hazırda da Başqırdıstan iqtisadiyyatın əsasını təşkil etməkdədir. Ölkədə həmçinin, kömür, mis, boksit, qızıl, manqan xrom da çıxarılır.
Başqırdıstan Rusiyanın digər regionlarına nisbətən daha çox neft hasil edir. Burada ildə 40 milyon ton neft, 3,5 milyon m3 təbii qaz istehsal edilir. Rusiyanın təxminən 17%-ni benzinlə, 15%-ni isə dizel yanacağı ilə təmin edir.
İstehsalat sənayesi inkişaf etmiş olub, neft, təbii qaz, dəmir-polad, kömür, elektrik, sement, şəkər, taxta-şalban, pambıq və yun iqtisadiyyatda mühüm yer tutur.
Təyyarə emalı, gübrə, dəri, tütün, gəmi inşaatı, dəmir və avtomobil nəqliyyat vasitələri istehsal edilir. İstehsal olunan digər sənaye məhsullarına misal kimi araq, plastik kütlə və kənd təsərrüfatı dərmanını misal göstərmək olar.
Ufa, Sterlitamak, İsinbay, Kumertau, Karmavouada böyük enerji stansiyaları vardır.
Nəqliyyat
Nəqliyyat dəmiryolu, dəniz, quru və hava yolu ilə təmin olunur.
Ticarət nişanları
Başqırd balı
Başqırdların Dünya bazarlarına çıxartdıqları əsas ticarət nişanlarından biri "Başqırd balı"dır. 2005-ci ildən bəri Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir[2]. Başqırd balı və ona aid olan məhsullar Rusiya ərazisindən başqa bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur[3][4]. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmış[5] və elə həmin ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Qurumlar
Başqırdıstan iqtisadiyyatının idarə edilməsi ilə bağlı bir sıra rəsmi qurumlar məşğul olur. Məsələn, Başqırdıstan Respublikası Ticarət və Sənaye Palatası[6] ixracın təşviqində və xarici ticarət əlaqələrinin qurulmasında əhəmiyyətli rola malikdir.
İstinadlar
- BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- "«Башкирский мёд» защитил свои права". 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- Пчеловоды республики намерены доказать, что башкирский мёд самый лучший в мире Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. // 01.09.2015
- "Башкирский мед будет экспортироваться в Кувейт". 2009-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- "Башкирия будет поставлять в Китай башкирский мед на сумму 3 млрд рублей". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- Azərbaycan və Başqırdıstan qurumları arasında ikitərəfli əməkdaşlıq razılaşmaları imzalanıb Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. azertag.az, 17.12.2014 (az.)
Xarici keçidlər
- Юсупов К. Н. Экономика Arxivləşdirilib 2017-12-08 at the Wayback Machine // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.
- Отрасли экономики // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.
- Отчет министерства экономического развития Республики Башкортостан Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine