Başqırdıstan gerbi
Başqırdıstan gerbi - Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvolu.
Başqırdıstan gerbi | |
---|---|
Versiyalar | |
Detallar | |
Armiger | Başqırdıstan Respublikası |
Təsis edilib | 12 oktyabr 1993 |
Təsdiq edilib | 12 oktyabr 1993-cü il |
Əsas | Birinci gerb 1992-ci ildən sonra, İkinci gerb isə 1978-1992-ci illərdə istifadə edilib. |
1999-cu il 6 iyul tarixində Başqırdıstan Respublikasının Parlamenti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının Dövlət heraldika reyestrində №164 kimi qeydiyyatdadır.[1]
Təsviri
Başqırdıstan Respublikasının gerbi milli ornamentlərlə çərçivəyə alınmış dairəyə içərisində Salavat Yulayevin abidəsinin doğan Günəşin və onun şüalarının fonunda təsirini təqdim edir. Aşağıda isə xalqın cəsarət rəmzi olan kurayın çiçəklənməsi təsvir edilib. Başqırdıstan Respublikasının dövlət bayrağı rənglərində bəzədilmiş lentin üzərində ağ sahədə belə yazılmışdır: «Başqırdıstan». Gerbin rəngli təsvirində Salavat Yulayevin abidəsi, ornamentlər qızılı, kuray gülü - yaşıl, doğan günəş parlaq-qızılı, günəşin şüaları-sarı, abidə və ornament arasında olan fon- ağ, daxili və xarici ətrafları - tünd-qızılı rənglərdədir.
Salavat Yulayev - Başqırd bahadurlarının yürüşlərinə, doğma təbiətə təriflər deyən başqırd milli qəhrəmanı və xalq şairidir. Onun yaradıcılığı hər cür zülmə qarşı mübarizə ruhunda olub ağızdan ağıza ötürülmüşdür. Lakin gerbdə konkret bir şəxsiyyət təsvir olunmayıb. Salavat Yulayevin abidəsi azadlıq və ədalət uğrunda mübarizə aparan igid-döyüşçü obrazıdır. O həm də Başqırdıstan xalqlarının dostluq və birliyini rəmzidir.
Gerbin müəllifi Fazletdin Farraxoviç İslaxovdur.[1]