Başqırdıstan Dövlət Universiteti

Başqırdıstan Dövlət Universiteti (rus. Башкирский государственный университет, başq. Башҡорт дәүләт университеты) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkəsinin ən aparıcı ali təhsil ocaqlarından biridir. Rektoru 2013-cü ildən Nikolay Morozkindir[1].

Başqırdıstan Dövlət Universiteti
БашГУ
Əsası qoyulub 1909
Tip Dövlət
Rektor Nikolay Morozkin
Tələbə sayı 33 724
Şəhər Ufa şəhəri
Ölkə
Sayt bashedu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Ufa Müəllimlər İnstitutu

1909-cu ildə Ufa Müəllimlər İnstitutu adı ilə yaradılmışdır.

İndiki adını 1957-ci ildən daşıyır[2].

Tərkibindəki qurumlar

Universitetin bir sıra institut, fakültə və filialları var[3].

İnstitutları

  • Sahibkarlıq və İdarəetmə İnstitutu
  • Hüquq İnstitutu
  • İqtisadiyyat, Maliyyə və Biznes İnstitutu
  • Davamlı Təhsil İnstitutu
  • Fizika-Texniki İnstitutu

Fakültələr

  • Biologiya fakültəsi
  • Coğrafiya fakültəsi
  • Mühəndislik fakültəsi
  • Tarix fakültəsi
  • Başqırd filologiyası və jurnalistika fakültəsi
  • Riyaziyyat və informasiya texnologiyaları fakültəsi
  • Psixologiya fakültəsi
  • Roman-alman filologiyası fakültəsi
  • Fəlsəfə və sosiologiya fakültəsi
  • Filologiya fakültəsi
  • Kimya fakültəsi

Filialları

Universitet Sterlitamak, Böre, Uçalı, SibayNeftekamskda filialları var.

Digərləri

  • Ümumi universitet kafedrası
  • Dövlət İdarəetməsinin Kiçik Akademiyası
  • Başqırdıstan Dövlət Universitetinin Kolleci

Fəaliyyəti

Hazırda Universitetdə bakalavr və magistr dərəcələri üzrə iki pilləli sistemə tədricən keçid uğurla həyata keçirilir ki, bu da məzunların yalnız Rusiya Federasiyasında deyil, xaricdə də işləməsinə imkan verəcəkdir.

Universitetin gənc alimləri beynəlxalq, federal və regional konfranslarda, simpoziumlarda və olimpiadalarda fəal iştirak edirlər.

Yataqxanası

Fizika-Texniki İnstitutunun yataqxanası

Reytinqi

2016-cı ildə Rusiya klassik universitetlərinin sıralamasında 75-ci yeri tutmuşdur[4].

Xarici əlaqələri

Rusiya Klassik Universitetlər Assosiasiyasının təsisçilərindən biridir[5].

Tanınmış məzunları

Tanınmış müəllimlər

Sidyakin Alexander Gennadievich dövlət hüququ kafedrasının baş müəllimi idi.[7]

Qalereya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.