Başcıqlı çoğan
Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Başcıqlı çoğan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Dəstə: Fəsilə: Cins: Növ: Başcıqlı çoğan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır.
Botaniki təsviri
Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır.
Ekologiyası
İyun-avqust aylarında çiçəkləyir. Aşağı və orta dağ qurşaqlarında gili və daşlı yamaclarda, quru çaylarda və arxalarda rast gəlinir. Populyasiyanın növləri azalır, yayılma ərazisi məhdudlaşır. Məhdudlaşdırıcı amillər iqlim və antropogen amillərdir (otarılma, tapdalanma nəticəsində yaşayış ərazisinin deqradasiyası). Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanda yayılması
Azərbaycanın nadir bitki növüdür. Qafqaz endemikidir.