Baş Dövlət Yol Polisi İdarəsi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
(DYP)
Ümumi məlumatlar
Yaradılma tarixi 1936
Əvvəlki qurum Dövlət Avtomobil Müfəttişliyi
Tabelik Daxili İşlər Nazirliyi
Ünvan Bakı Bakı Xırdalan-Binəqədi Şossesi 4
Rəhbərlik
Rəhbər Ramiz Zeynalov
Birinci müavin Pərvin Səfərəliyev
Müavin Kamran Əliyev
Fuad Mayılov

Tabeliyində olan orqanlar Yol hərəkətinin təşkili sahəsi
Yol hərəkətinə nəzarət sahəsi
Avtonəqliyyat vasitələrinin axtarışı sahəsi
Avtonəqliyyat vasitələrinə texniki nəzarət sahəsi
Hərəkətin təhlükəsizliyinin təbliği sahəsi
Avtomotonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və sürücülərin hazırlanması sahəsi
Rəsmi saytı dyp.gov.az

Tarixi

Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şose yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı.

Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi. Respublikanın rayonlararası, kənd və qəsəbələri birləşdirən yolların örtüyü bərkidilməmişdi.

1936-cı ildən başlayaraq "Küçə hərəkəti qaydaları" Şəhər və Vilayət Zətmətkeş Deputatları Sovetlərinin qərarlarına əsasən tərtib olunurdu. Bu səbəbdən də yerli qaydalar bir-birlərindən fərqlənirdi.

1941–1942-ci illərdə isə Respublika Dövlət Avtomobil Müfəttişliyininə Əhliman Hüseynov rəhbərlik etmiş, 1942–47-ci illərdə Bakı şəhərinin hərbi komendantı olmuşdur.

1957-ci ildə yeni redaksiyada "Yol hərəkəti qaydaları" təsdiq olundu.

1960-cı ildə "Küçə hərəkəti qaydaları" bir daha dəyişdirilərək "SSRİ-nin küçə və yollarında hərəkət qaydaları" təsdiq olundu. Bu qaydalar əvvəlkilərdən fərqli olaraq SSRİ ərazisi üçün vahid normativ sənəd oldu.

Respublika Dövlət Avtomobil Müfəttişliyini indiki fəvvarələr meydanının yaxınlığında, müxtəlif ticarət obyektlərinin, yaşayış binalarının əhatəsində ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi və otaqların sayı 10-dan artıq olmazdı.

D. Kondakov, Nüsrət Bağırov, Xəyyam Mahmudov, Fətulla Hüseynov, Rizvan Nəcəfov Respublika Dövlət Avtomobil Müfəttişliyinə, Maksim Lyaşenko, Cəfər Bağırbəyov, İsmayıl Cabbarov, Arif Seyidbəyov, Mirrəsul Rəsulov, Ramiz Abbasov Bakı şəhər Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmişlər.

1970-ci illərə qədər Bakı şəhərində küçə hərəkətini nizamlayan divizion fəaliyyət göstərirdi. Divizion "Azərbaycan qadını" heykəlinin yanında birmərtəbəli yararsız binada yerləşirdi. Divizion əməkdaşları əsasən sıravi heyətdən ibarət olub, gediş-gəlişin intensiv olduğu yol ayrıclarının bilavasitə mərkəzində hərəkət əl ilə ağ-qara zolaqlı jezl ilə nizamlayırdılar.

Daha sonra adı çəkilən divizion ləğv edildi. Divizionun bazasında Bakı şəhərində ƿlahiddə yol-patrul divizionu, daha sonralar Yol Polisi Alayı və belə struktur dəyişiklərinə uyğun müvafiq olaraq Respublika Dövlət Avtomobil Müfəttişliyinin tabeliyində olan divizion və nəhayət, hal-hazırda fəaliyyət göstərən Yol Polisii Alayı yaradıldı.

Bakı şəhəri Dövlət Avtomobil Müfəttişliyi vaxtı ilə Qoqol küçəsi 41-də, Bakı şəhəri BPİ-nin binasının yanında bir mərtəbəli binada fəaliyyət göstərirdi.

1970-ci ildə Bakı şəhərində nizamlayıcı texniki vasitələrin hazırlanması, quraşdırılması, xidmət olunması barədə xüsusiləşdirilmiş vahid bir təşkilat, "Siqnal" İstehsal Layihə İdarəsi yarandı.

1973-cü ildən başlayaraq və bir qayda olaraq, hər həftənin birinci günləri Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları tərəfindən televiziya vasitəsilə "Dövlət Avtomobil Müfəttişliyinin məlumatı" verilişi apırılır.

Ölkəmizdə daim yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi sahəsində iş gedir və bu işdə beynəlxalq təcrübə yaxından öyrənilir. Respublikamız 1997-ci ildə "Yol hərəkəti haqqında" 1969-cu il Vyana konvensiyasına, "Təhlükəli yuklərin beynəlxalq daşımalarının Avropa sazişinə" 2000-ci ildə, "Sürücülük hüququndan məhrum olunmalarının qarşılıqlı tanınması barədə" 1976-cı il Avropa konvensiyasına qoşulmuşdur.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.