Abaran

Abaran, əvvəlki adı: Baş AbaranErmənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi.[1]

Abaran
Gerb
Gerb
40°35′46″ şm. e. 44°21′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat II əsr
Sahəsi
  • 3,5 km²
Mərkəzin hündürlüyü 1.880 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.400 nəf. (2015)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0301
Digər
ապարան.հայ
Abaran xəritədə
Abaran
Abaran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qafqaz regionunun baş xəritəsi, Baş Abaran 1858-ci il

Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[3] 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.[4][5]Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.[6]

Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.[3]

Coğrafiyası

İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[8]

Əhalisi

XX əsrin əvvələrinə qədər əhalisi Azərbaycanlılardan ibarət olmuşdur. Ermənilər buraya, əsasən, 1914–1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür[9]. Burada indi yalnız ermənilər yaşayır.[3]

İstinadlar

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  2. Древнетюркский словарь, Л., "Наука", 1969. s.47
  3. PDF versiyası, səh. 61. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  4. Дьяконов И. М. Предыстория армянского народа. М., 1968.
  5. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Абаран // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 97.
  7. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.174
  8. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 33
  9. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.306

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.