Bağlıpəyə

BağlıpəyəAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağlıpəyə kənd inzibati ərazi dairəsində kənd.[1]

Bağlıpəyə
40°08′53″ şm. e. 46°18′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Bağlıpəyə xəritədə
Bağlıpəyə
Bağlıpəyə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu o cümlədən Bağlıpəyə kəndi[2] işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Tarixi

Bağlıpəyə Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Kəndin ərazisində qayalıqdakı mağara yaxınlığında keçmışdə kolanılara məxsus mal-qara saxlanılan pəyə yerləşirdi. Mağaranın uc tərəfi bağlı olduğu üçün ərazi belə adlanırdı. Kəndin adı əvvəllər MəŞədiməmmədli olmuşdur. Keçmişdə Kolanı tayfasının məŞədiməmmədli nəslinə mənsub ailələr burada məskunlaşmışdılar. Oykonim bağlı və pəyə (tövlə) sözlərindən düzəlib, "qapalı, bağlı tövlə; heyvanların bağlandığı yer" deməkdir[3].

İşğal dövrü

Kənd işğal olunduqdan sonra Ermənistan rəhbərliyi bura ermənilərin məskunlaşdırılmasına başlayıb. 1999-2000-ci illərdə bura Goranboy rayonunun Erkəç kəndindən qaçqın düşmüş ermənilər məskunlaşıb. Kəndin adı isə dəyişdirilərək Nor Erkeç qoyulub. İşğal dövründə kənddə 130 erməni yaşayıb. 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər yaşayış yerləri ilə birlikdə bu kənddə azad edilib.[2]

Yaylaqlar

Qalayçılar yurdu, Hapım yurdu, Xırmanlar yurdu, Əvəlikli yurd, Taqqıldağ yurd, Daşarası yurd, Buzluq boynu yurdu, Qanlıgöl yurdu, Həmzəçimən yurd, Çöplü göl yurdu, Göydağ yurdu, Yalaq yurd, Kərəmli dağının yurdu, Qızxanclı yurdu.

Bulaqlar

Yarpızlı bulaq, Daş bulaq, Məşədi Salahın bulağı, Damcılı bulaq, Şırşır bulaq.

Məşhur yerlər

Şişqaya, Qaragüney, Qaraqaya, Ağqaya, Ocaq təpəsi, Başıaçıqtəpə, Qargüney, Qaraquzey, Marallı meşəsi, Əhəng quyusu, Quyular, Yalavan, Cəfərölən dərə, Müzəffərin biçənəyi, Alçalı boyun, Armudlu boyun, Qozlu çüxur, Marallı güney, Məcidin kolavatı, Cəfərin kolavatı, Palıdlı, Qanlıgöl, Dolayılar, Əkinlər, Yumruqoruq, Zoğallı çüxur, Kəmərqaya.[4]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Youtube". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  3. Bağlıpəyə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Xarici keçidlər

Həmçinin bax

Laçın rayonu

Kəlbəcər rayonu

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.