Bağdada putyovka var... (film, 2000)

Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq HüseynovKübra Dadaşova ifa edirlər.

Bağdada putyovka var...
Janr dram
Rejissor Məhərrəm Bədirzadə
Əsərin müəllifi Əkrəm Əylisli
Baş rollarda Naibə Allahverdiyeva
Valeh Kərimov
Yasin Qarayev
Gülşən Qurbanova
Məsmə Aslanqızı
Tofiq Hüseynov
Kübra Dadaşova
Operator İsa Kazımov
Bəstəkar Elza Seyidcahan
Rəssam Rəfael Əlizadə
İstehsalçı Azərbaycan Televiziyası
Filmin növü tammetrajlı televiziya
film-tamaşası
Müddət 89 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli

Məzmun

Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar. Sitəmxanım belə vəziyyətə sevinsə də, Qürbəti bu haram mal narahat etməyə başlayır. Və nəticədə bu haram mal Qürbətin ailəsini dağılma təhlükəsinə gətirib çıxarır.

Filmin üzərində işləyənlər

Rejissor: Məhərrəm Bədirzadə
Operator: İsa Kazımov
Rəssam: Rəfael Əlizadə
Bəstəkar: Elza Seyidcahan

Rollarda

Naibə Allahverdiyeva — Sitəmxanım
Valeh Kərimov — Qürbət
Yasin Qarayev — Muradov
Gülşən Qurbanova — Mahnur
Məsmə Aslanqızı — Qürbətin iş yoldaşı
Tofiq Hüseynov — qonşu
Kübra Dadaşova — Məsmə

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2000-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.