Bağdad yəhudiləri
Bağdad yəhudiləri — XVIII əsrin ortalarında İraqdan (əsasən Bağdaddan) köçən və Hindistanın liman şəhərləri olan Suratda və Mumbaidə məskunlaşan Hindistan yəhudilərinin etnik qrupu.
Tarixi
XIX əsrin əvvəllərində Bağdaddan, Bəsrədən və Hələbdən gələn yəhidilərdən ibarət icmada insanların sayı xeyli artdı və onlar tədricən Hindistanın digər şəhərlərinə-Kəlküttəyə, Punaya və Çennai şəhərlərinə yayıldılar.[1] İcma üzvləri Hindistanın dövlət aparatında, ticarətdə və orduda yüksək uğurlar qazanmışlar. Onlar Hindistan yəhudilərinin - Bəni-İsrail və yəhudi qaçqınlarını Yaxın Şərq və Avropa yəhudilərinin mədəniyyəti ilə tanış edir, ictimai və mədəni tədbirlərdə fəal iştirak edirdilər. Bağdad yəhudiləri Hindistanda məskunlaşdıqları ərazilərdə ivrit dilində kitab nəşr edən tipoqrafiyanın, yəhudi məktəblərinin və sinoqoqların əsasını qoymuşlar.
Hindistandakı yəhudi icmasının tərkibində İraqdan gələn yəhudilərlə yanaşı, digər ölkələrdən - İrandan, Əfqanıstandan, Yəməndən, və Suriyadan yəhudilər də var idi.XIX əsrdə Bağdad yəhudi icması təkcə Hindistanda deyil, Cənub-Şərqi Asiyada - Yanqonda, Pinanqda, Şanxayda və Banqkokda yeni icmalar yaratmışlar.
Bağdad yəhudiləri ingilis dilində və ərəb dilinin yəhudi-İraq dialektində danışırdılar. Müasir dövrdə İsraildə, Hindistanda, Avropada, ABŞ-da, Kanadada, Avstraliyada, və Pakistanda yaşayan Bağdad yəhudilərinin sayı təxminən 4000 nəfərdir.[2]
Xarici keçidlər
- История еврейского народа Arxivləşdirilib 2010-03-05 at the Wayback Machine
İstinadlar
- https://eleven.co.il/article/11789 Arxivləşdirilib 2017-11-15 at the Wayback Machine Индия
- "JewishEncyclopedia.com — INDIA:". 2010-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.