Bağdad oğrusu (film, 1940)

Bağdad oğrusu (ing. The Thief of Bagdad) — 1940-cı ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Film Min bir gecə əsərinin əsasında hazırlanmışdır. 1941-ci ildə "Bağdad oğrusu" filmi Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 3 mükafat[7] və 1 nominasiyaya[8] layiq görülmüşdür.[9] Bu film 1924-cü ildə çəkilmiş eyniadlı Bağdad oğrusu filminin remeyk variantı olsa da, filmdə şahzadə və oğru kimi personajlar ayrı-ayrılıqda göstərilmişdir.

Bağdad oğrusu
ing. The Thief of Bagdad
Janr fentezi filmi[d][1][2], fleşbək filmi[d], kino nağılı[d], macəra filmi
Baş rollarda
Bəstəkar
Distribütor Netflix
İlk baxış tarixi 1940, 25 dekabr 1940[6]
Müddət 102 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0033152
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Bağdad şəhəri yaraşıqlı və cavan olan Əhməd adlı kralın hakimiyyətindədir. Əhməd babası olan xəlifə Harun ər-Rəşiddən qalan sarayda firavan həyat yaşayır. Onun 365 arvadının olmasına baxmayaraq, heç birinə ürəkdən sevgi bəsləmirdi. Əhməd və əhalisi arasında ciddi ziddiyyət yaşanmırdır. Çünki bu işi vəziri Cəfərə tapşırmışdır. Cəfər vəzir olmaqla bərabər cadugərddir və sarayda Əhmədin hakimiyyətinə son qoyaraq taxt-tacı ələ keçirmək niyyətindədir. Bu niyyətlə Cəfər ona babası kimi kasıb paltarında Bağdad şəhərini gəzərək əhalinin vəziyyətini öyrənməsini məsləhət görür. Əhməd isə Bağdad şəhərini gəzən zaman Cəfər onu həbs etdirir və zindana atdırır. Edam ərəfəsində Əhməd Bağdad oğrularından olan Abu ilə dostluq edir və qonşuluqda yerləşən krallığa qaçırlar. Onlar Bəsrə şəhərinə çatan zaman Əhməd şahzadəyə aşiq olur. Lakin Bəsrə şəhərinə səfər edən Cəfər şahzadəni arvadı etmək niyyətindədir. Cəfər Əhmədi görən zaman sehr nəticəsində onu kor edir, Abunu isə itə çevirir. Bu sehri aradan qaldırmaq üçün yeganə vasitə şahzadənin Cəfərin yanında yaxın münasibətdə olmasıdır. Şahzadə buna razı olur və Əhməd ilə Abu onun qarşısını almaq istəyən zaman Cəfər dənizdə böyük dalğa yaradır. Bu sehr nəticəsində onlar müxtəlif adalara düşürlər.

Abu adaya düşən zaman şüşə butulkanın qapağını açır və içindən Cin çıxır. Cin onu öldürmək istəyir, lakin Abunun tələsinə düşür. Bu zaman Cin ona üç arzusunu həyata keçirəciyini bildirir. Abu çox ac olur və Cindən ona yemək verməsini istəyir. İlk arzusu həyata keçəndən sonra Abu Əhmədin yerləşdiyi yeri tapmaq üçün xüsusi alətdən istifadə etməlidir. Bu səbəbdən Cinlə birgə dağın hündür zirvəsinə yollanır və müxtəlif çətinlikdən keçərək, arzusuna nail olur. Nəhayət, Abu Əhmədi tapa bilir. Cəfər isə şahzadənin sevgisini qazanmadığı üçün onun atasını öldürür. Abu Əhmədin şahzadə ilə qovuşmasını istəyir və bu zaman Əhməd yoxa çıxır. Çünki Cin azad olmaq fikrində idi və bu bəhanə ilə Abunun istəmədiyi arzusunu həyata keçirir. Bu zaman Cin "Azadam!" şüarı altında yoxa çıxır. Cəfərin mühafizəkarları Əhmədi həbs edir. Yaddaşı qayıdan Şahzadə Əhmədə qovuşur və onunla birgə edama hazırlaşır. Bu hadisələri tapdığı alətlə müşahidə edən Abu qəzəbindən bu aləti yerə salaraq, sındırır. Bu zaman Abu Möcüzə ölkəsinə düşür. Abu Möcüzə ölkəsinin kralından təyyarə-xalçanı oğurlayır və bu oğurluğun onun həyatında sonuncu dəfə olacağına söz verir. Abu edam ərəfəsində Əhməd və şahzadəni xilas edir. Bəsrə əhalisi Cəfərə qarşı çıxış edir və Cəfər sehrli atı ilə qaçmağa başlayır. Bu zaman Cəfər Abu tərəfindən məğlub edilir və Əhməd ilə şahzadə bir-birinə qovuşur. Bu hadisədən sonra Əhməd sarayına qayıdır və əvvəlki kimi hakimiyyətini davam etdirir. Bu müddətdə Əhməd Abunu məktəbə qoyaraq, onu gələcəkdə vəziri etmək niyyətinə düşür. Bu zaman Abu isə təyyyarə-xalça ilə birgə buranı tərk edərək, yeni macəralara hazırlaşır.

Rollarda

AdRolQeydlər
Konrad FeydtVəzir CəfərBağdadın vəziri
Sabu DastacirAbuBağdad oğrusu
Con CastinƏhmədBağdad kralı
Cun DüpreşahzadəBəsrə sultanının qızı
Reks İnqremCinÜç arzunu həyata keçirir
Maylz MollesonBəsrə sultanıVəzir tərəfindən öldürülür
Morton SeltenMöcüzə ölkəsinin kralıAbu bu ölkədən təyyarə-xalçanı oğurlamışdır

Filmin çəkilişi

"Bağdad oğrusu" filmi çəkilişi əvvəlcə Böyük Britaniyada başa tutmuş, lakin müharibə ilə əlaqədar olaraq çəkiliş Kaliforniyada davam etdirilmişdir. Abu ilə Cinin səyahət etdiyi ərazilər Kaliforniyada yerləşən Böyük Kanyonda çəkilmişdir. Şahzadə rolu Vivyen Liyə təqdim edilmiş, lakin gənc aktrisa Hollivuda getmiş və 1941-ci ildə "Xanım Hamilton" filminə çəkilmişdir. Aleksandr Korda Kaliforniyaya gəldikdən sonra şahzadənin rolunu ifa edən Cun Düpre başqa aktrisa ilə əvəz edilməmişdir. Aleksandr Korda uzun müddət keçdikdən sonra "Bağdad oğrusu", "Xanım Hamilton" və "Cunqli kitabı" kimi filmləri təşəkkür əlaməti kimi müharibədə nasizmlə müvəffəqiyyətlə mübarizə aparan SSRİ-yə hədiyyə etmişdir.[10] Filmdəki mükəmməl vizual effektlərə görə Larri Batler "Oskar mükafatı"na layiq görülmüşdür.[11]

Mükafatlar və nominasiyalar

Mükafat Kateqoriya Qazanan Nəticə
Oskar mükafatı[12] Ən yaxşı operator işi Corc Perinal Qazandı
Ən yaxşı rəssamın işi Vinsent Korda Qazandı
Ən yaxşı vizual effektlər Lourens V. Batler, Cek Vitni Qazandı
Ən yaxşı orijinal saundtrek Mikloş Roja Namizəd

Ədəbiyyat

  • Leibfried. Philip Alexander Korda's „The Thief of Bagdad“, An Arabian Fantasy. — Hollywood, Calif.: Hypostyle Hall Publishers, 2004. — ISBN 0-967-52531-4.
  • Jerry Vermilye The Great British Films. 1978, Citadel Press, pp 55–58. ISBN 0-80-650661-X

İstinadlar

  1. http://www.imdb.com/title/tt0033152/.
  2. http://www.filmaffinity.com/en/film605611.html.
  3. http://www.imdb.com/title/tt0033152/fullcredits.
  4. http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=7072.html.
  5. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  6. IMDb (ing.). 1990.
  7. "The 13th Academy Awards (1941) Nominees and Winners". oscars.org. 6 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2013.
  8. "NY Times: The Thief of Bagdad". NY Times. 17 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2008.
  9. "Присуждение «Оскара» в 1941 году". 2007-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-09.
  10. (1943 год в кино) Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine: «И. Г. Большаков обратился к зам. наркома иностранных дел СССР А. Я. Вышинскому с предложением отметить 50-летие американского кинорежиссёра Александра Корды „в знак внимания к крупному художнику, подарившему нам три фильма“. Корда, выражая свою солидарность в борьбе советского народа с фашистскими захватчиками, подарил СССР свои фильмы „Леди Гамильтон“, „Багдадский вор“ и „Книга джунглей“» (РГАЛИ, ф. 2456, оп. 4, д. 81, л. 30).
  11. The History of Chroma Keying Arxivləşdirilib 2015-04-15 at the Wayback Machine  (ing.)
  12. "Багдадский вор". Kinopoisk.ru. 2000-03-27. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.