Oxçu qalası

Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda OxçuçayKığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir [1]

Oxçu qalası
39°12′53″ şm. e. 46°16′39″ ş. u.
Ölkə  Ermənistan
Yerləşir Sünik mərzinin QafanQacaran şəhərləri arasında, OxçuçayKığı çaylarının qovuşan yerində, Novruzyurd adlı təpənin üstündə
Aidiyyatı Sünik knyazlığı
Tikilmə tarixi III-IV əsrlər
Oxçu qalası (Ermənistan)
Oxçu qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur.

Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.

Oxçu qalası uzun illər Sünikin mərkəzi kimi fəaliyyət göstərmişdir. Qala 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınan zaman dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdur.[2]

Qalereya

Mənbə

  • Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", Bakı, 1994, səh.83-88;
  • Musa Urud. Zəngəzur. Вakı,2005, səh.93.
  • Həmzə Vəli. Babək xürrəmdinin son taleyi. Bakı,1992.

İstinadlar

  1. Həmzə Vəli. Babək xürrəmdinin son taleyi. Bakı, 1992.
  2. "Musa Urud, Zəngəzur // Prezident kitabxanasl" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.