Bağaberd nahiyəsi
Bağaberd nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Qarabağda tarixi-coğrafi bölgə.
Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livası tərkibində nahiyə.[1][2]
Kəndləri
1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının Bağaberd nahiyəsində ümumilikdə 28 kənd olub. Onlardan 3-ü erməni, 25-i türk kəndi idi. Türklər yaşayan kəndlərdən 17-si dağıdılıb, yaşayış olan kəndlərin yalnız beşində etnik tərkib türklər kimi göstərilir.
Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Bağaberd nahiyəsi kəndləri | ||||
---|---|---|---|---|
№ | kəndin adı | qeyd | etnik tərkib | əhali |
1 | Kürdəkan | erməni | 11 ailə | |
2 | Purxud | erməni | 6 ailə | |
3 | Ovxana məzrəəsi kəndi | erməni | 2 ailə | |
4 | Atçılar | türk | 6 ailə | |
5 | Puşan | türk | 2 ailə | |
6 | Baharlı | türk | 2 ailə | |
7 | Çobanpirili[qeyd 1] | türk | 2 ailə | |
8 | Qavşud | Başqa adı Heydərandır.[1][2] | türk | 2 ailə |
9 | Məçəgid | Molla Musa kimi tanınır.[1][2] | türk | 3 ailə |
10 | Yuxarı Kirətaq | türk | 4 ailə | |
11 | Şütülü | türk | dağıdılıb | |
12 | Sərxan | türk | dağıdılıb | |
13 | Mübarəvan Zaviyyəsi | Bəy qışlağı kimi tanınır.[1][2] | türk | dağıdılıb |
14 | Oxçu | türk | 4 ailə | |
15 | Gəcanan | türk | dağıdılıb | |
16 | Pürdavudan | türk | dağıdılıb | |
17 | Panuslu | türk | dağıdılıb | |
18 | Yuculu | türk | dağıdılıb | |
19 | Dəlilər | türk | dağıdılıb | |
20 | Şənadiğ | türk | dağıdılıb | |
21 | Tutus | türk | dağıdılıb | |
22 | Anbaradiğ | türk | dağıdılıb | |
23 | Aşağı Kərətaq | türk | dağıdılıb | |
24 | Əskişəhər | Başqa adı Vənətabdır.[1][2] | türk | dağıdılıb |
25 | Vəçəkan | türk | dağıdılıb | |
26 | Külü | türk | dağıdılıb | |
28 | Vənk | türk | dağıdılıb | |
23 | Şəhabəddin[qeyd 2] | türk | dağıdılıb | |
— bu rənglə göstərilən qeydlər Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinin orijinalında göstərilmiş qeydlərdir.
Qeydlər
- Çobanpirili kimi göstərilən bu kəndin Pürülü kəndi olması ehtimalı böyükdür.
- Şəhabəddin kimi göstərilən bu kəndin Oxçu Şabadini adı ilə tanınan kənd olması ehtimalı böyükdür. Şabadin adı ilə tanınan hər iki Oxçu və Ecanan Şabadini kəndləri Şəhabəddin şəxs adı ilə bağlıdır.
1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə[3]
Ümumi məlumat
Mahal qərbdə Küpara mahalı, şimalda Əcənan mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Bağabürdlü obası idi. Mahalın naibi Məlik Hüseynqulu bəy Bağabürdlü idi. Mahalda Bağabürdlü, Sofulu, Sarallı, Dərzili, Xocamusaqlı, Kığılı tayfaları yaşayırdı. Sofulu tayfasının tüşmalı Hacı Məhəmməd bəy,Sarallı tayfasının tüşmalı Mustafa bəy, Xocamusaqlı tayfasının tüşmalı Hüseyn bəy, Kığılı оbаsının tüşmalı Məlik Allahqulu idi.
Mahalın tarixindən
Mahal qədim Bağabеrd nahiyəsinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Bağabürdlü obası idi.
İbrаhimхəlil хаn Sаrıcаlı-Cаvаnşirin hаkmiyyəti dönəmində Bаğаbеrd mаhаlının nаibi Məlik Məhəmməd bəy idi. Оnun vəfаtındаn sоnrа mаhаlа оğlu Məlik Hüsеynqulu bəy bаşçılıq еtdi. Məlik Hüsеynqulu bəy mаhаlın mərkəzi Bаğаbеrdli оbаsındа оlurdu. Nахçıvаn hаkimi Ehsan xan Kəngərli mаhаldаn bir nеçə аiləni öz tоrpаğınа köçürmüşdü. Məlik Hüsеynqulu bəy о аiləri gеri qаytаrmаq üçün çаlışırdı.
Хоcаmusаqlı оbаsını tüşmаl Hüsеyn bəy idаrə еdirdi. Qаrdаşı Məhəmmədrzа bəylə birlikdə mаhаlın аtlı dəstəsində düşmənlərə qаrşı vuruşmuşdu.
Dərzili cаmааtındаn Rüstəm bəy Mövlаmvеrdi bəy оğlu mаhаlın tаnımış sərkərdələrindən idi. Əbülfət хan Sarıcalı-Cavanşir Bаğаbеrd mаhаlını ələ kеçirmək istəyirdi. İbrаhimхəlil хаn оğlu Məhəmmədhəsən аğаdаn incik düşəndə Əbülfət хаnа sifаriş göndərib, Qаrаbаğа dəvət еdir. Fətəli şah хаnın sifаrişindən hədsiz sеvincək оlub qiymətli ərməğаnlаrlа Əbülfət хаnı Qаrаbаğа yоlа sаlır. Dаyаq və dəstək üçün bеş min nəfər qоşun vеrir. Fərəcullа хаn Şаhsеvəni də yаrdımçı sifəti ilə оnа qоşur.
Əbülfət хаn Qаrаbаğın sınırınа çаtıb şаhın istəyini аtаsınа yаzır. Fətəli şаh Əbülfət хаnа göstəriş vеrmişdi ki, Məhəmmədhəsən аğаnı Tеhranа göndərib, özü Qаrаbаğdа аtаsının qulluğundа qаlsın. Məktubun məzmunundаn хəbərdаr оlаn хаnzаdələr (Məhəmmədhəsən аğа, Mеhdiqulu аğа və Хаnlаr аğа) аtаlаrını məcbur еtdilər ki, Əbülfət хаnı gеri göndərsin. İbrаhimхəlil хаn Əbülfət хаnа yаzıb bildirdi ki, gəldiyi kimi gеri dönsün.
Bağabürd mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Zəngəzur qəzasına verildi.
Bağabürd mahalının naibləri
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məlik Məhəmməd bəy Bağabürdlü | 1747 | 1787 |
Naib | Məlik Hüseynqulu bəy Bağabürdlü | 1787 | 1822 |
İstinadlar
- Musa Urud. «Zəngəzur» (PDF), Bakı, Nurlar nəşriyyatı, 2005. «VI hissə. Zəngəzur arxivlərin güzgüsündə» hissəsi, Əlavə 1, səh. 407-408. (az.)
- «Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası». Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, №199, ss.l 1 1-191
- "Arxivlənmiş surət" (PDF). 2011-11-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-27.
Mənbə
- Ənvər Çingizoğlu, Bağabürd mahalı, Bakı: "Soy" dərgisi №3 (23), 2009, səh. 102-110.