Bağ mövsümü (film, 1985)
Bağ mövsümü tammetrajlı bədii filmi rejissor Tofiq Tağızadə tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada Bakı bağlarının birində baş verən ibrətamiz əhvalatdan, yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü-Ağababa (Həsən Məmmədov) və onun böyük ailəsindən söhbət gedir. Əsas rolları Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Leyla Şıxlinskaya, Hacımurad Yegizarov, Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, Yelena Seropova və Elxan Cəfərov ifa edirlər.
Bağ mövsümü | |
---|---|
Janr | dram |
Rejissor | Tofiq Tağızadə |
Əsərin müəllifi | Elçin |
Ssenari müəllifi | Elçin |
Baş rollarda |
Həsən Məmmədov Zemfira Sadıqova Səməndər Rzayev Leyla Şıxlinskaya Hacımurad Yegizarov Nuriyyə Əhmədova Ramiz Əzizbəyli Yelena Seropova Elxan Cəfərov |
Operator | Elxan Əliyev |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 19 fevral 1986 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 77 dəqiqə |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
9 hissə 2258 metr genişekranlı "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0266440 |
Məzmun
Burada Bakı bağlarının birində baş verən ibrətamiz əhvalatdan, yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü-Ağababa (Həsən Məmmədov) və onun böyük ailəsindən söhbət gedir. Filmdə halal zəhmətin hər şeydən üstün olması fikri təlqin edilir.[1]
Ssenari kəndin şəhərlə mənəvi-psixoloji ziddiyəti üzərinə qurulub: halallıq mücəssiməsi olan kəndlə aləmin qarıldığı şəhər üz-üzə qoyulur. Kəndlə şəhər arasında hərəkət edən Ağababanın avtobusu bu iki ziddiyyətli məkan əlaqəsinin obrazına çevrilir… Ağababa ilə dostluğu ön plana gətirilən Toplan (Dolça) iki mühit arasındakı ziddiyyətin yeganə qurbanı kimi povestdəki funksiyasını yerinə yetirir. (müəll. Aydın Dadaşov).
Film haqqında
Film yazıçı Elçinin "Dolça" povesti əsasında ekranlaşdırılmışdır.
Filmin üzərində işləyənlər
Rejissor: Tofiq Tağızadə
Əsər müəllifi: Elçin
Ssenarist: Elçin
Operator: Elxan Əliyev
Rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Xəyyam Mirzəzadə
Rollarda
Həsən Məmmədov — Ağababa
Zemfira Sadıqova — Ağabacı
Səməndər Rzayev — Ağamirzə
Leyla Şıxlinskaya — Əminə
Hacımurad Yegizarov — Kələntər
Nuriyyə Əhmədova — Xeyransa
Ramiz Əzizbəyli — Əmirqulu
Yelena Seropova — Nailə
Elxan Cəfərov — Adil
Mirzə Babayev — Cabbar
Hamlet Qurbanov — Səttar
Aleksandr Şarovski — Rəhman
Tələt Rəhmanov — Ağacəfər
Kamilə Babayeva — Uşaq
F. Məmmədova — Uşaq
N. Nəsirova — Uşaq
L. Süleymanova — Uşaq
A. Tağızadə — Uşaq
C. Şıxlinskaya — Uşaq
F. Yusubova — Uşaq
Ü. Yaqubzadə — Uşaq
Bahadur Əliyev — Alıcı
Ə. Əhmədov
M. Ağayev
T. Məmmədov — Satıcı
M. Məmmədov
Gülnarə Əfəndiyeva — Bələdçi
H. Əfəndiyeva
Eldəniz Zeynalov — Əlisahib
Filmi səsləndirənlər :
Zərnigar Ağakişiyeva — Əminə — (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Rasim Balayev — Kələntər — (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Adil — (Elxan Cəfərov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — Rəhman — (Aleksandr Şarovski) (titrlərdə yoxdur)
Yaşar Nuri — Cabbar (Mirzə Babayev) (titrlərdə yoxdur)
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 128
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 295–296.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1985-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı