Bağırsaq trixomonadı

Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir.[1]

Bağırsaq trixomonadı
Elmi təsnifat
Ranqsız:
Excavata
Tip:
Metamonada
Yarımtip:
Trichozoa
Ranqsız:
Parabasalia
Dəstə:
Trichomonadida
Fəsilə:
Monocercomonadidae
Cins:
Dientamoeba
Növ:
Bağırsaq trixomonadı
Beynəlxalq elmi adı
  • Dientamoeba fragilis
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  43840
NCBI  43352

Morfoloji quruluşu

Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir. Belə ehtimal olunur ki, endoosmotik yolla qidalanır. Çoxalması qeyri-cinsiyyətli yolla, uzununa bölünməklədir. Sista əmələ gəlməsi məlum deyildir. Bağırsaq trixomonadı insana yaxşı təmizlənməmiş tərəvəz və çirkli su ilə yoluxur.[2] Parazit, əsasən, yoğun bağırsaqda yaşayır. Bakteriya və qismən eritrositlərlə qidalanır. İnsanda xəstəlik törətməsi məlum deyil. Nəcisdə vegetativ formada təsadüf edilir. Profilaktik tədbir olaraq ümumi gigiyena qaydalarına riayət etmək tələb olunur.

İstinadlar

  1. Windsor JJ, Macfarlane L. "Irritable bowel syndrome: the need to exclude Dientamoeba fragilis". Am. J. Trop. Med. Hyg. 72 (5). May 2005: 501, author reply 501–2. doi:10.4269/ajtmh.2005.72.5.0720501. PMID 15891119. 2013-02-23 tarixində orijinalından arxivləşdirilib.
  2. Mack, David. "Dientamoeba Fragilis Infection". Emedicine Medscape. February 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2016.

Ədəbiyyat

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı — 2008, 839 səh.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.