Bağırsaq lyambliyası

Bağırsaq lyambliyası (lat. Giardia lamblia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinin lyambliya cinsinə aid heyvan növü. İlk dəfə Xarkov Universitetinin professoru D.F.Lyamble tərəfindən öyrənilmiş və elmə daxil edilmişdir. Parazit müxtəlif onurğalıların, o cümlədən, insanın onikibarmaq bağırsağında yaşayır.

Bağırsaq lyambliyası
Elmi təsnifat
Ranqsız:
Excavata
Tip:
Metamonada
Dəstə:
Diplomonadida
Fəsilə:
Hexamitidae
Yarımfəsilə:
Giardiinae
Növ:
Bağırsaq lyambliyası
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  553109

Morfologiyası

4 cüt qamçıya malikdir, onlardan biri arxa hissədən, qalanları isə alt və yan tərəflərdən çıxır. Bədənin ön hissəsi dəyirmi, arxa hissəsi isə konusvari itidir. Ümumi görünüşü armudvari olub, ikitərəfli simmetriyaya malikdir. Bədənin alt tərəfində bağırsağa yapışmaq üçün bir ədəd sorucu disk vardır. Parazitin uzunluğu 10–18 mkm, eni isə 8–10 mkm-dir. Bədənin ön hissəsində simmetrik yerləşən iki nüvə vardır. Nüvə membranı çox aydın görünür.

Nüvə daxilində iri, uzunsov formalı kariosom yerləşir. İki aksostil öndən arxaya doğru uzanır. Bədənin orta hissəsində parabazal cisimcik yerləşir. Onların rolu tam məlum deyildir. Bəzi tədqiqatçılara görə parabazal cisim müxtəlif həcmli dənəciklərdən ibarətdir. Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir ki, parabazal aparat membrandan və qabarcıqlardan ibarət olur, quruluşuna görə çoxhüceyrəli orqanizmlərin hüceyrələrindəki Holci aparatına oxşardır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.