Bağır bəy Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü.
Bağır bəy Rzayev | |
---|---|
Məhəmmədbağır Kərbəlayı Ələsgər oğlu R(i)zayev | |
19 yanvar 1920 – 16 fevral 1920 | |
Əvvəlki | Mehdi bəy Hacınski |
Sonrakı | Rza bəy Qaraşarlı |
15 may 1919 – 27 aprel 1920 | |
Fraksiya | Sosialistlər fraksiyası |
Əvvəlki | Məhəmməd Məhərrəmov |
7 dekabr 1918 – 28 yanvar 1919 | |
Fraksiya | Sosialistlər fraksiyası |
Sonrakı | İbrahim Əbilov |
3 noyabr 1918 – ? | |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsəlman Sosialist Bloku |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsəlman Sosialist Bloku |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 1927 |
Partiya |
|
Təhsili |
|
Həyatı
Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur.[1] 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.[2]
Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü.
Siyasi fəaliyyəti
Rusiya imperiyası və keçid dövrü
Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur.
27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.[3]
Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi.[4]
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir:
Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar—mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi—Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın. |
Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
28 yanvar 1919-cu ildə Bağır bəy Rzayev parlamentdən xaric edilir və əvəzinə İbrahim Əbilov üzv seçilir.
Bağır bəy Rzayev 15 may 1919-cu il tarixində üzvlükdən çıxan Məhəmməd Məhərrəmovun əvəzinə Sosialistlər fraksiyası tərəfindən parlament üzvlüyünə namizəd göstərilərək üzv seçilir.
Bağır bəy Parlamentin 17 iyul 1919 tarixli iclasında isə Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı belə fikir bildirmişdir:
Bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı.
Şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər. |
Bağır bəy parlamentin tərtibat və ləvazim,[5] mərkəzi seçki komissiyalarına üzv seçilmişdir. O həmçinin parlamentin 22 aprel 1920 tarixli sayca yüz qırx üçüncü iclasında qanun layihəsi komissiyasına da üzv seçilmişdir. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında tərtibat və ləvazim komissiyası üzvlüyünə Bağır Rzayevin əvəzinə Şəfi bəy Rüstəmbəyli üzv seçilmişdir.
Parlamentin 19 yanvar 1920 tarixli sayca yüz on doqquzuncu iclasında baş katibliyə seçkilər keçirilmiş və tək namizəd olaraq baş katib Sosialistlər fraksiyasının namizədi Bağır Rzayev seçilmişdir. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında isə Bağır Rzayev baş katib postundan istefa verdi.
Məmmədhəsən Hacınski rəhbərliyində qurulması planlaşdırılan 6-cı hökumətdə sosialistlər daxili, xarici işlər və hərbi nazirlik postlarına Camo bəy Hacınski, Aslan bəy Səfikürdski və Bağır bəy Rzayevi irəli sürmüş, lakin hökumət qurula bilməmişdir.[6]
Araz Türk Respublikasında
Bağır bəy həmçinin 3 noyabr 1918-ci il tarixində qurulan Araz Türk Respublikasının Nazirlər Şurasında inzibati nazir (mülki nazir) postunu tutmuşdur.
Mənbə
Ədəbiyyat
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
İstinadlar
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 188. ISBN 978-9952-5455-010.
- "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
- Bağır bəy Rzayev // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 324. ISBN 9952-417-44-4.
- Müsəlman Milli Komitələri // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 234. ISBN 9952-417-44-4.
- Sosialistlər fraksiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 350. ISBN 9952-417-44-4.
- Sosialistlər fraksiyası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 351. ISBN 9952-417-44-4.