Bağır Rəfiyev

Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018).

Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti operator
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2018

Həyatı

Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007).

1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya

  1. Bakı, mən səni sevirəm (film, 2015)
  2. Çalışan adam (film, 1996)
  3. Dağıdılmış körpülər (film, 1996)
  4. Dundukley (film, 1986)
  5. Dünən, bu gün və... (film, 1989)
  6. Etimad telefonu (film, 2001)
  7. Lətifə (film, 1989)
  8. Murad-Sad (film, 1988)
  9. Təxribat (film, 1989)
  10. Ruslar müharibə istəyirmi? (film, 1990)
  11. Yarasa (film, 1995)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.