Bağçacıq (Vedi)
Bağçacıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]
Kənd | |
Bağçacıq | |
---|---|
Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. 1590-cı ildə[4] və 1728-ci ilə[5][6] aid mənbələrdə çəkilir.
Toponimi
Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.[7]
Əhalisi
1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. Kənddə 1873-cü ildə 236, 1886-cı ildə 361, 1897-ci ildə 373, 1904-cü ildə 618, 1914-cü ildə 680, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918–19-cu illərdə azərbacanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndi məcburi tərk etmiş azərbaycanlılar geri dönə bilmişlər. Kənddə 1922-ci ildə 88 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 162 nəfər[9], 1939-cu ildə 270 nəfər[10] azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə kəndin sakinləri — azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüş və kənd 1959-cu ildə ləğv edilmişdir[11]. Kənd oradakı Baxçacuq dağının adını əks etdirir. İndi ölü kənddir.
İstinadlar
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бағчаҹыг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.179
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.33
- Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
- Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
- Qızılbaşlar tarixi,. . Bakı. 1995.
- İbrahim Bayramovun "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" adlı əsəri
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.84–85, 154–155
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.85, 155
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.221
- Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.577