B vitamini

B Vitamini

Bitki və heyvan mənşəli qidaların tərkibində olur. Suda həll olan vitamindir. B qrup vitaminlərinə B1, B2, B6, B12 aiddir.

B1 vitamini

B1 vitamini orqanizmin böyüməsi və inkişfı üçün çox faydalıdır. Əsasən, çörəkdə, yumurta sarısında, paxlalı bitkilərin toxumlarında və az miqdarda ispanaq, kələm, soğan, yerkökü, almada olur. Bu vitaminə sutkalıq ehtiyac 2–3 mqdır. B1 vitamini orqanizmin fizioloji proseslərinin düzgün getməsi, əsasən, sinir sisteminin, ürəyin və əzələlərin normal fəaliyyəti üçün zəruridir. Qidada B1 vitamini çatışmadıqda beri-beri ağır xəstəlik baş verir. Bu zaman sinir sisteminin, ürək-damar fəaliyyəti pozulur, tez yorulur, iştaha itir, insan arıqlayır. Hətta qıcolmalar, iflicolma hadisəsi baş verir.

Keçmiş zamanlarda beri-beri xəstəliyi əsas qidası düyü olan ölkələrdə, xüsusilə, Sakit okeanın bəzi adalarında geniş yayılmışdır.

B2 vitamini

Bu vitamin ət, süd, qaraciyər, yumurta, pomidor, ispanaq, kələm, meyvətərəvəzələrdə daha üstünlük təşkil edir. B2 vitamininə sutkalıq tələbat 2–3 mqdır. Əgər qidalarda lazımı qədər bu vitamin olmazsa, gözün görmə qabiliyyəti zəifləyir, katarakta xəstəliyi əmələ gəlir. Hətta ağız boşluğunun selikli qişası zədələnir.

B5 vitamini

Bu vitamin insan orqanizmində çatışmadıqda, sinir sistemi, dəri, bağırsaq xəstəlikləri yaranır. Sutkalıq norması 20 mqdır. Ən çox qaraciyər, pendir, yumurta, qarğıdalı unu, paxlalı bitkilərdə olur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.