BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi — 1999-cu il avqustun 11-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4033-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994), 955 (1994) və 1047 (1996) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Karla Del Ponteni Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.[1]
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
1259 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 11 avqust 1999 |
Sessiya | № 4033 |
Kod | S/RES/1259 |
Səsvermə |
|
Mövzu |
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Ruanda Beynəlxalq Cinayət Tribunalı |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1999-cu ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Təhlükəsizlik Şurası 15 sentyabr 1999-cu ildən prokuror Luiza Arburun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və isveçrəli prokuror Karla Del Pontenin səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
Həmçinin bax
İstinadlar
- United Nations Security Council. undocs.org. 11 August 1999. 11 January 2023 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.