BM-21 Qrad
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır.
BM-21 Qrad | |
---|---|
![]() Rusiya Ordusuna məxsus BM-21 Qrad hərbi parad zamanı. | |
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1963-davam edir |
İstismara başlanması | 1963 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər | Qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
Konstruksiya tarixi | 1963 |
İstehsalçı | Splav dövlət araşdırma və istehsalat müəssisəsi |
İstehsal illəri | 1963-davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 13.71 ton |
Şose sürəti | 75 km/s |
Uzunluğu | 7.35 m |
Eni | 2.40 m |
Hündürlüyü | 3.09 m |
Ekipaj | 3 |
Mərminin başlanğıc sürəti | 2 atış/saniyə |
Maksimum məsafə | 405 km |
Nişangah | PG-1M panoramik teleskop |
![]() |
Ümumi xarakteriskası
Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.
Lülə diametri: 122 mm
Lülə sayı: 40 ədəd
Doldurulma: 7 dəqiqə
Məhvetmə radiusu: 145.000 m²
Salvo Atış müddəti: 20 saniyə
Atəş məsafəsi: 42 km
Tətbiqi
Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.
Raket və mərmi başlıqları
"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:
- 9M22U mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
- 9M22M mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kq, uçuş məsafəsi 21 km.
- 9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
- 9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
- 9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
- 9M22K1 5 ədəd POM-2 minaları. Uçuş məsafəsi 13 km.
- 9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
- 9M28F mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 15 km.
- 9M28K tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
- 9M42 işıqlandırıcılarla təchiz olunmuş, uçuş məsafəsi 20 km.
- 9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
- 9M53F paraşütlə əyləclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
- 9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
- 9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
- 9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
- 9M521 mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 40 km.
- 9M522 paraşütlə əyləclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
- PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kq, uçuş məsafəsi 15 km.
İstifadə olunan ölkələr
- BM-21 "Qrad" istifadəçiləri
![](../I/Grad_Armenian_Army.jpg.webp)
Ermənistan
Azərbaycan
Bosniya və Herseqovina
Belarus
Bolqarıstan
MAR
Kuba
Kipr
Misir
Efiopiya
Finlandiya
Hindistan
İran
Qazaxıstan
Livan
Mərakeş
Şimali Makedoniya
Monqolustan
Mali
Mozambik
Namibiya
Nikaraqua
Nigeriya
Pakistan
Polşa
Rusiya
Ukrayna
Yəmən
Türkiyə
Almaniya
- Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 303. ISBN 978-1-58663-299-1