BAR (Formula-1 komandası)

British American Racing (BAR), 1999-2005-ci illərdə fəaliyyət göstərmiş komanda Tirrell komandasını satın aldı və ilk ildə Supertec mühərriklərindən istifadə etdi.

BAR komandasının loqosu

Formula 3000 seriyasının çempionu olan braziliyalı Rikardo Zonta tərəfindən ilk testlər Tyrrell 026 avtombili üzərində aparılıb, lakin sonradan BAR, Harvey Posteltweitin başçılıq etdiyi ʻʻTyrrellʼʼ dizayn xidmətlərindən imtina etdi.
Sonralar, Honda ilə əməkdaşlığa başladılar və bu növbəti 6 ili əhatə etdi.

Tarixi

1998-ci ildə Craig Pollock və British American Tobacco tütün şirkəti tərəfindən təsis edilmişdir. Baş qərargah Brackley, Northamptonshire, Birləşmiş Krallıqda idi.Komanda, Lucky Strike555 markalarını nümayiş etdirmək məqsədilə sahibi olan və sponsorluq edən British American Tobacco plc. (BAT) adına layiq görülmüşdür. BAT, Lucky Strike markası ilə sponsorluq əməkdaşlığı davam etdirildi, lakin dünyada yeni tütün reklamı tənzimləmələri səbəbiylə, 2006-cı il mövsümünün sonunda Lucky Strike sponsorluğu Formula 1'dən tamamilə çıxarıldı.

1999 mövsümündə BAR, Honda'nın 2000-ci ildən etibarən komandanı mühərrik ilə təmin etməli olduğunu elan etdi. Honda ilə bağlanmış müqavilə yalnız mühərrik ilə təmin etmək deyil, həmçinin Honda personalının Brackley bazasında komanda ilə bərabər işləyəcəyini ifadə edirdi. Honda ilk dəfə 1992-ci ildən Formula 1-də iştirak etdi. 2004-cü ilin noyabr ayının ortalarında Yapon avtomobil istehsalçısı Honda, komandanın 45% -ni və 2005-ci ilin sentyabrında komandanın yeganə sahibi olmaq üçün qalan hissəsinin 55% -ni satın aldı. Nəticədə, BAR, Honda 2006 Formula 1 mövsümündə Honda Racing F1 komandası oldu.

Xarici keçidlər

  1. Сайт БАР
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.