Britaniya Kino və Televiziya Sənətləri Akademiyası

"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir.

Britaniya Akademiya Film mükafatı
The British Academy of Film and Television Arts
Ümumi məlumatlar
Təsis olunub 1944-ci il
Yeri İngiltərə , Böyük Britaniya
Mükafatlar
Sonuncu qalib 2012
bafta.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır.

BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-YorkdaLos-Ancelesdə da ofisləri var.

Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu.

1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.

Film Mükafatları

  • BAFTA Ən Yaxşı Film Mükafatı
  • BAFTA Ən Yaxşı Rejissor Mükafatı
  • BAFTA Ən Yaxşı Kişi rolu Mükafatı
  • BAFTA Ən Yaxşı Qadın rolu Mükafatı
  • BAFTA Ən Yaxşı Köməkçi Kişi rolu Mükafatı
  • BAFTA Ən Yaxşı Köməkçi Qadın rolu Mükafatı
  • BAFTA Ən Yaxşı Orijinal Ssenari Mükafatı
  • BAFTA Ən Yaxşı Uyğunlaşdırma Ssenari Mükafatı

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.