Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir. [1]
Bəzəkli dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1978,0 m |
Yerləşməsi | |
Ölkə |
![]() |
Vilayət |
Həmçinin bax:
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.