Bəylər Məmmədov (əsgər)

Bəylər Eldar oğlu Məmmədov (13 mart 1971, Ağkilsə, Vardenis rayonu18 fevral 1993, Ağdam) — Şəhid.

Məmmədov Bəylər
Bəylər Eldar oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağkilsə, Göyçə
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Aterk, Ağdərə, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gəncə, Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Hərbi xidmətlərə görə" medalı

Həyatı

Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdərə rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.[1] Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədov Bəylər Eldar oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[2]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.